drzeka zeka kartları

Artıq Uber restoran seçimində müştərilərinə köməklik göstərəcək

08.05.2017 0 PAYLAŞIM 5283 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Uber, artıq yemək üçün münasib yer axtaran şəxslərə restoran məsləhət görəcək.

Bir restorana gedərkən orda yemək yemədən necə xidmət göstərildiyi haqda fikir demək çox çətindir. Bunu nəzərə alan Uber, artıq sizin işinizi biraz daha asanlaşdıracaq. Yəni ən çox gedilən restoran yerlərini sizə tövsiyyə edəcək. Bunun üçün Uber öz istifadəçilərinin ən çox getdiyi restoranları analiz edərək digərlərinə məsləhət verəcək.


Bir çox müştərisi olan Uber insanların hansı məkana getmək üçün xidmətdən istifadə etdiyini analiz edəcək. Beləliklə, gələcəkdə Uber-dən yalnız taksi xidməti üçün deyil, restoran məsləhəti almaq üçün də istifadə edə biləcəyik.

Bu yenilik gələcəkdə Uber-lə restoranların əməkdaşlığı üçün zəmin yarada bilər.