main-post-cover

    Artıq WhatsApp-da da Snapchat xüsusiyyətləri istifadə oluna biləcək!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Daimi olaraq Snapchat tətbiqlərini özündə təqdim etməyə davam edən Facebook, bu səfər də WhatsApp üzərində yeni dəyişiklikliyə imza atıb

    Snapchat StoriesMessenger Day kimi xüsusiyyətlərin sonra, WhatsApp da oxşar bir variantda istifadəçilərə təqdim olunacaq.
    Status adı verilən yeni WhatsApp xüsusiyyəti, söhbətləri və zənglər arasına yenilik əlavə edir. Beləki, seçdiyiniz insanlarla foto və ya video paylaşmanıza imkan yaranacaq. Hələ təcrübi bir xüsusiyyət olan Status, bu anda WhatsApp tətbiqinin beta versiyasında mövcuddur, lakin çatmaq üçün cihazın rootlu və ya jailbreakli olması tələb olunur.

    Eynilə Snapchat-da olduğu kimi WhatsApp Status-da da visual görüntülər üzərində dəyişiklik edə bilir, yazı və ya emosiya əlavə edə bilirsiniz. Bundan əlavə videoları da bəzəyə, dəyişdirə bilərsiniz. Status'ta hazırlanan bu görüntü və videolar təxminən 24 saat ərzində da varlıqlarını davam etdirir.
    Bu yeniliklər əslində bir müddətdir WhatsApp-da mövcuddur, lakin kifayət qədər müxtəliflik təşkil etmirdi. Status xüsusiyyətlərini nə vaxt rəsmi olaraq WhatsApp üzərində təqdim olunacağı bilinmir. Amma görünüşə görə, Facebook Snapchat-dan əl çəkməyəcək.
    Linki kopyala