main-post-cover

    Artıq zənglərə bir barmaqla cavab vermək mümkündür (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bəzi smart saatların modelləri mikrofon və səs qəbul edici texnologiya ilə təchiz olunmuşdur. Beləliklə istifadəçi onların vasitəsilə qəbul olunan zənglərə cavab verməyi bacarır.

    Lakin smartfon vasitəsilə qulaqcıq və digər Bluetooth cihazlarla zənglərə cavab verməyə hamı öyrəşibsə, bunu smart saatlarla etmək maraq və təəccüb oyadır. Samsung Creative Labs.-dan olan "Innomdle Labşirkəti bu problemin həlli üçün maraqlı üsul yaradıb. Belə ki, şirkət zənglərə yalnız bir barmaqla cavab verməyə imkan verən Sgnl adlı smart qolbaqlar yaradıb. Bu smart qolbaq vasitəsilə qolbağın taxılı olduğu əldəki barmağı qulağa yaxınlaşdıraraq həmsöhbət olan şəxsin səsini eşitmək mümkündür. "Technote.az"ın "4pda.ru"a istinadən verdiyi xəbərə əsasən Sgnl bir çox "ağıllı” və adi saatlarla uyğunlaşır və avtonom rejimdə çalışa bilir. İstifadəçi, ona zəngin gəldiyini anladıqda sadəcə barmağını qulağına yaxınlaşdırmaq kifayət edir. Smartfondan olan siqnal Bluetooth vasitəsilə qolbağa ötürülür. Qolbaq isə öz növbəsində barmaq ucundan qulağa gedən vibrasiyalar yaradır. Smart qolbağı Kickstarter saytından 129$ qiymətinə sifariş etmək olar.
     

     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər