main-post-cover

    Assosial insanları ruhlandıraraq məşhurlaşan və viral olan "Hi Strangers" adlı video

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Qəribə yoxsa rahatlaşdırıcı? sürətlə viral olan "Hi Stranger!” videosu Facebook-u qarışdırdı.

    Əslində həm qəribə, həm də rahatlaşdırıcı olduğunu düşünənlər var. Yenə də hər kəs özü üçün bir dəfə də olsun görməlidir, çünki "Hi Stranger”, Facebook-un yeni viralı oldu. YouTube-da hər gün yüz minlərlə dəfə izlənilən video, əslində 2.5 dəqiqəlik bir qısa filmdir. Sürətlə reaksiya videoları hazırlamağa çalışan YouTuber-lər üçün hazır "vəsait” təqdim edən film, sosial şəbəkələr dövründə təklik və yadlaşma kimi ağır mövzuları danışmaq istəyənləri  çağırır. Müdafiəsiz, yalqız və lakin var olması ilə olduqca barışıq görünən, gildən düzəldilmiş tanımadığınız biri "Hi Stranger" deyə sizə salam verib, sizinlə söhbət etməyə başladığı qısa film, sizə uzun zamandır unutduğunuz bəzi şeyləri xatırladır. Sizə nə qədər xüsusi və gözəl olduğunuzu söyləyir, gün batımının gözəlliyini xatırladıb, bu azmış kimi quru qələmlə sizin bir də şəkilinizi çəkir. Bu hissədə bir çox izləyici, gözyaşlarını saxlaya bilmədiklərini  söyləyir. "Hi Stranger” internetdə tapa biləcəyiniz ən qəribə ya da ən rahatlaşdırıcı videolardan  biri ola bilər. Qısa filmin rejissoru və yazıçısı Kristen Lepore, filmi, Strangers adlı bir yığma üçün çəkib. Adventure Time çizgi filminin qrupunda yer alan animasiya filmlərin prodüsseri Lepore, filmi bir Post it qeydindən ilhamlanaraq edib.
     
    Linki kopyala