main-post-cover

    Astronomiyada bir ilk. Ulduz yaradan qara dəlik aşkar edilib

    07.05.2017
    Farid Pardashunas

    Massaçusets Texnoloji İnstitutunun mütəxəssisləri ilk dəfə ulduz yaradan qara dəlik aşkar ediblər.

    Mütəxəssislər tərəfindən aşkar edilmiş qara dəlik, Yer kürəsindən 5.7 milyard işıq ili uzaqlığında olan qalaktikalar toplusunda yerləşir. Həmin toplu, 1000-dən çox qalaktikaya sahibdir. Onlardan ən kütləlisi isə mərkəzdə yerləşir. Qalaktikalar toplusu hər il 1000-ə yaxın yeni ulduz yaradır. Bu göstərici çox böyükdür və alimlər uzun müddət bunun səbəbini açıqlaya bilmirdilər. Daha sonra onlar öyrəndilər ki. qara dəlik, ulduzların yaranması üçün əlverişli olan böyük miqdarda qaz ifraz edir. Qaz axını, böyük qabarcıqlar yaradır. Bundan sonra isə seyrəkləşmiş mühitdə soyuq qaz yaranır. Məhz həmin soyuq qazlardan yeni ulduzların yaranması üçün əsas material əmələ gəlir. Sözügedən qara dəliyin fotosu, bir neçə teleskop vasitəsilə əldə edilib. Fotoda əks olunan göy rəng, qaz qabarcıqlarını, qırmızı rəng isə ulduzların yaranması üçün əlverişli materialını əks etdirir. Beləliklə qara dəliklərin, yeni ulduz yaradılışı üçün əlverişli material istehsalı tamamilə sübut olunub. Əsasən bilinirdi ki, qara dəliklər yalnız ulduzları udmaq ilə məşğul olurlar.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər