Asus-dan iki bomba gəldi: 8 GB RAM-lı ZenFone AR və Cüt Kameralı ZenFone 3 Zoom!

435

Asus-un daha əvvəl ortaya çıxan virtual reallıq və artırılmış reallıq əsaslı canavarı ZenFone AR, digər Asus məhsulu ZenFone 3 Zoom ilə birlikdə nəhayət ki təqdim edildi.

Asus-un dünya çərçivəsində olduqca məşhur olan ZenFone seriyasına yeni üzvlər əlavə edildi. CES 2017-də edilən xüsusi bir təqdimat ilə tanıdılan ZenFone AR və ZenFone 3 Zoom, yeni nəsil xüsusiyyətlər və vacib detalları ilə diqqət çəkir.

İlk olaraq Google-un Project Tango-su ilə artırılmış reallıq və Daydream ilə də virtual reallıq dəstəyini təklif edən ZenFone AR-a nəzər yetirək:

Asus ZenFone AR Xüsusiyyətləri

 


Asus-un olduqca maraqlı olan bu telefonu 5.7 inçlik 2K Super Amoled ekran, Qualcomm Snapdragon 821 prosessor, Adreno 530 qrafik kart, 8 GB RAMAndroid 7.0 Nougat dəstəyi ilə gəlir.

Kamera baxımından 23MP bir arxa kameraya sahib olan bu cihaz, dərinlik və hərəkət təyin etmək sensorlarına da sahibdir. Biraz əvvəl bildirdiyimiz kimi Google-un Project Tango işinə dəstək verən ZenFone AR, artırılmış reallıq dəstəyi təklif edə biləcəkkən, etni zamanda virtual reallıq baxımından Daydream platformasına da sahib olacaq.

Asus ZenFone 3 Zoom Xüsusiyyətləri

 

ZenFone 3 Zoom-a gələcək olsaq 5.5 inçlik bir ekrana sahib olan bu smartfon, Snapdragon 625-dən gücünü alacaq. Əsl xüsusiyyəti kamerası olacaq olan ZenFone 3 Zoom-da isə 2 ədəd 12 MP və f/1.7 diafram açıqlığı təklif edən kamera mövcuddur. 2.3X optik zoom dəstəyi təklif edən bu kameralar 0.03 sn kimi bir müddətdə çəkiliş edə bilir.

 

Dizayn olaraq biraz iPhone 7 Plus-ı xatırlatsa da kamera performansında 2.5 qat daha yaxşı olduğu vurğulanan ZenFone 3 Zoom, 5.000 mAh batareyası ilə də dolu-dolu bir gün vəd edəcək kimi görünür.