main-post-cover

    AT&T bütün müştərilərini dövlətə satıb!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-ın ən böyük telekommunikasiya operatorlarından olan AT&T, müştərilərinə aid bütün məlumatları, dövlətin kəşfiyyat orqanlarına milyonlarla dollar qarşılığında satıb.

    ABŞ bugünlərdə çox böyük skandal ilə sarsılacaq. Belə ki,Time Warner-ı 85 milyard dollara satın alaraq dünyanın ən güclü media şirkətinə çevrilən AT&T-nin böyük dəyər itirərək, iflasını belə açıqlatdıra biləcək bir skandalda adı keçir.
    AT&T-dən sızan bəzi sənədlərə görə, nəhəng telekommunikasiya şirkətinin bütün müştəri məlumat bazalarını, heç bir məhkəmə qərarı olmadan 2008-ci ildən bəri təhlükəsizlik orqanları ilə paylaşdığı və hətta bunu ticarətə çevirdiyi və təhlükəsizlik güclərinin etmək istədikləri axtarış/filtr prosesləri üçün dövlətdən hər il milyon dollarlara çıxan ödənişlər aldığı dəqiqləşdi.
    Edward Snowden-ın ortaya çıxartdığı Prism skandalında Apple, Google, Facebook, Twitter və Microsoft kimi Texnologiya şirkətlərinin, dövlətin təzyiqi ilə öz serverlərini dövlət orqanlarına açdığı ortaya çıxmışdı.
    Ancaq bu dəfə zorla deyil, biləvasitə ticarət məqsədli gəlir əldə etmək üçün AT&T-nin bütün müştərilərini satdığı ortaya çıxdı. Üstəlik sadəcə məhkəmə qərarı ilə əldə edilə bilinəcək bu məlumatların, sadə bir qəsəbə şerifinə belə sonuna qədər açıq olduğunun üstü açıldı.
    Təhlükəsizlik gücləri AT&T-nin məlumat bazasına daxil olub, kimin kimlə nə vaxt, nə qədər müddət, necə əlaqə qurduğu kimi məlumatları əldə edə bilər və beləliklə məhkəmə proseslərini sürətləndirə bilərlər. Bunun qarşılığında da AT&T, dövlətlə qarşılıqlı razılaşmasına əsasən, təhlükəsizlik güclərindən müəyyən məbləğlər tələb edir.
    Skandalın ortaya çıxmasından sonra, AT&T müştərilərinin toplu olaraq abonəliklərini ləğv etdirib rəqib firmalara keçmələri gözlənilir. İstehlakçı haqqları barədə şirkətin məhkəməyə düşəcəyi də gündəmdə olan məsələlərdəndir.
    Üstəgəl AT&T tam da online TV xidməti DirectTV-ni yayına açıb abonəlik toplamağa başlamaq üzrə ikən yaşanan bu skandal üzərinə istifadəçikərin AT&T xidmətlərinə abonə olarkən iki dəfə düşünməsi lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər