“AT&T”, “Time Warner”ı 85 milyard dollara satın alır

345

ABŞ-ın telekomunikasiya nəhəngi AT&T-nin, televizya, kino və əyləncə sektoru nəhəngi Time Warner-ı təxminən 85 milyard dollara satın alacağı elan edildi'.

AT&T-dən edilən açıqlamada, mobil telefon operatoru və internet xidməti vasitəçisi AT&T-nin, hazırda Time jurnalı və Hollywood-lu film şirkətləri Warner Bros, New Line Cinema və televiziya kanallarından CNN, TNT HBO-ya sahib olan Time Warner-i 85,4 milyard dollara satın alacağı bildirildi.

AT&T-nin Time Warner-ın bütün borcunu da satın alması ilə razılaşmanın ümumi dəyərinin 108,7 milyard dollar olacağının qeyd edildiyi açıqlamada, razılaşmanın tamamlanmasından sonra Time Warner səhmdarlarının AT&T hissələrinin yüzdə 14,4 ilə yüzdə 15,7 nisbətində sahib olacağı bildirildi.

Açıqlamada, hər iki şirkətin idarə heyəti üzvlərinin razılaşmanı səs çoxluğu ilə qəbul etdiyi bildirildi.

ABŞ-da yerləşən Comcast Walt Disney-dən sonra televiziya, kino və əyləncə sektorundakı dünyanın ən böyük üçüncü şirkəti olan Time Warner-ın bazar dəyəri 73 milyard dollar olsa da, təxminən 143 milyon mobil telefon mobil telefon və 16 milyon internet istifadəçisi olan AT&T-nin bazar dəyəri isə 226 Milyard dollar olaraq ölçülür.

Bu ilin ikinci rübündə, AT&T 40,5 milyard dollar gəlir və 3,4 milyard dollar təmiz mənfəət açıqlayarkən, Time Warner-in gəliri 7 milyard, mənfəəti isə 1,8 milyard dollar olmuşdu.

Mütəxəssislər, AT&T kimi bir telekommunikasiya şirkətinin, Time Warner böyüklüyündəki bir əyləncə nəhəngini satın almasının federal qanunlara görə problemlər yarada biləcəyini vurğulayarkən, ABŞ qanunverici orqanlarının razılaşmanı təsdiq etməmə ehtimalının olduğu diqqəti çəkir.