main-post-cover

    "Avatar 2" filminin premyera tarixi təxirə salınıb

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Avatar 2” fantastik filminin premyerası 2018-ci ildə baş tutmayacaq.

    Bu barədə filmin rejissoru James Cameron bildirib. "Film, 2018-ci ildə çıxmayacaq. Qeyd etmək istəyirəm ki, biz heç vaxt dəqiq premyera tarixini açıqlamamışdıq. Başa düşmək lazımdır ki, premyera tarixləri həmişə dəyişə bilər. Mən daha əvvəl də bildirdiyim kimi təkcə "Avatar 2” filmini çəkmirəm. Biz eyni vaxtda "Avatar 3”, "Avatar 4” və "Avatar 5” filmlərini çəkirik. Bu tapşırıq irimiqyaslıdır. Yəni bu iş kiçik bir gəmini tikmək kimi asan bir iş deyil. Mən bilirəm ki, növbəti 8 il ərzində nə ilə məşğul olacam. Və mən hansısa zaman çərçivələri ilə sıxışdırılmaq istəmirəm. Biz birinci filmin hazırlanmasına 4 il yarım sərf etmişdik. İndi isə bu filmlərin sayı 4-dür. Biz indi bütün işlərə start vermişik və bu mənim bütün zamanımı alır. Çox güman ki, yaxın zamanda mən bu işlə həftədə 7 gün 24 saat ərzində məşğul olacam. Filmdə hadisələrin cərəyan edəcəyi ətraf mühitin və canlıların dizaynları artıq hazır vəziyyətdədir. İnanın ki, bu çox həyəcanlandırıcı işdir” – deyə James Cameron bildirib. Qeyd etmək lazımdır ki, Jamezs Cameron, ikinci filmin təqribi çıxış tarixini bildirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər