main-post-cover

    Avropa Birliyi kartel iddiası ilə texnologiya şirkətlərinə 165 milyon avro cəza verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Avropa Birliyi, dünyaca məşhur texnologiya şirkətlərinə 165 milyon evro pul cəzası verdi.

    Hər kəsə məlum olduğu kimi ağıllı telefonlar, tablet və kompüterlərin batareyaları litium ionundan təşkil olunur. Sony, Panasonic və Sanyo şirkətləri "kartel meydana gətirməsi səbəbiylə” 165 milyon evro cərimə aldı. Cərimənin səbəbkarı isə Samsung şirkətidir.

    Belə ki, Sony, SanyaPanasonic şirkətləri litium batareyaları istehsalında ortaq bir qiymət təyin etmək və məlumatları paylaşmaq məqsədilə kartel təşkil ediblər. Bu isə Avropa Birliyi qanunlarına əks davranışdır. Kartelin varlığını isə Samsung şirkəti ortaya çıxarıb. Ona görə də Samsung bu mövzuda heç bir cəza almayıb. Amma Sanyo-dan 97 milyon 149 min, Panasonic-dən 38 milyon 890 min və Sony-yə 29 milyon 802 min avro ödənişi tələb olunur.
    Linki kopyala