Avropa-da nəyə görə Silikon Vadi yoxdur və onu hansı səbəbdən yaratmaq çətindir?
Digər
07.05.2017
Farid Pardashunas
Bir çox Avropa ölkələrində öz şəxsi "Silikon Vadisi”ni
yaratmağa çalışan insanlar olur. Təəssüflər olsun ki, bu cür insanlar unudurlar
ki, ABŞ-ın məşhur Silikon Vadisi təkcə texnoloji şirkətlərin yardımı ilə deyil,
texnoloji innovasiyaları dəstəkləyən vençur kapitalı ilə yaradılmışdır. Əgər
ABŞ və Avropanın investisiya mühitinə nəzər salsaq, onda Avropada Silikon
Vadisinin yaradılması üçün problem yaradan 3 faktoru görə bilərik.
Riskə getmək qorxusu
Riskə getmək qorxusu
Bir neçə müddət öncə Amsterdamda keçirilmiş startap
festivalında "Google”un keçmiş baş direktoru və "Alphabet” şirkətinin
direktorlar şurasının sədri Eric Schmidt (Erik Şmidt) vacib bir fikir söyləmişdir.
"Sahibkarlığın modeli mövcuddur. Həmin model risklərin, kapitalların və
universitetlərə investisiyaların qəbulunu tələb edir. Həmçinin həmin
universitetlərdən olan gənclərin dəlisov ideyalarını qəbul etməyi bacararaq
onların ideyalarının ilkin mərhələsinin reallaşdırılması üçün imkanların təqdim
olunmasını bacarmaq lazımdır” – deyə Erik Şmidt bildirmişdir.
"Risklərin qəbul olunması” dedikdə nə nəzərdə tutulur? Gəlin
Silikon Vadisinə nəzər salaq. Biz burada investorlar tərəfindən dəstəklənən bir
çox gənc şirkətləri görə bilərik. İnvestorlar yalnız bir ideyanın
reallaşdırılması üçün startapçılara maddi dəstək verirlər. Lakin belə hallarda
təsisçilərin "B plan”ı olmur. Beləliklə əgər onların ideyaları uğurlu olmasa
onda onlar külli miqdarda borca batacaqlar. Bunun altından çıxmaq isə çətin məsələdir.
Avropada isə biznesi uğursuz insanların problem yaşamamaları üçün fəaliyyət
göstərən çoxlu sayda sosial proqramlar var. Amerikalı startapçılar va-banka
getmək məcburiyyətində qaldıqları halda Avropalılar çox rahat tərzdə
yaşayırlar. Hər halda onlar çöldə qalmayacaqlar. Bunun müqabilində onlar
amerikalı həmkarlarından daha az hallarda uğur qazanırlar.
Səhv və uğursuzluqlara dözümsüzlük
Səhv və uğursuzluqlara dözümsüzlük
Amerika mədəniyyətində risk şərəfli xüsusiyyət hesab edilir.
Riskin ardınca gələn uğursuzluq isə bağışlanır. Bir ne,ə dəfə uğursuzluq qazanıb
daha sonra uğura imza atan insan ABŞ-da daha çox hörmətə sahib olacaq nəinki
birinci dəfədən uğur qazanmış insan. Bir çox Avropa ölkələrində vəziyyət başqa
cürdür. Burada uğursuzluq sanki bir ləkədir. Əgər Avropada gənc startapçı
birinci biznesində uğursuzluq qazandısa bu o demək deyil ki, o acından öləcək.
Lakin onun ikinci layihəsinə heç bir investor maddi dəstək verməyəcək. Bundan əlavə
olaraq bir sıra Avropa ölkələrinin (əsas da Mərkəzi Avropa ölkələri) qanunvericiliyi
qanunla problemləri olan insanların biznes qurmalarına qadağa qoyur. Söhbət
yalnız maliyyə problemlərindən getmir. Çexiyanın "Y Soft” şirkətinin təsisçisi
və baş direktoru Vatslav Mukna xatırlayır ki, 18 yaşında olarkən avtomobilə daxil
olmuş arı ucbatından o qəzaya uğramışdı. Məhkəmə isə onu günahkar hesab
etmişdir. Məhkəmənin qərarından sonra Çexiya qanunvericiliyi ona baş direktor vəzifəsini
qadağan etmişdir. Bir neçə ildən sonra ondan günahların qaldırılması nəticəsində
o yenə baş direktor vəzifəsinə qayıtmışdır. ABŞ-da bu cür sərhədlər yoxdur. Siz
hətta birinci şirkətinizin müflisləşmə prosesini keçdiyi müddətdə belə ikinci
bir şirkəti qura bilərsiniz.
Əcnəbilərə qarşı dözümsüzlük
Əcnəbilərə qarşı dözümsüzlük
Baxmayaraq ki, Avropa Birliyi, Avropa daxili biznesin yaradılması
prosesini asanlaşdırmalıdır, yerli bazar ayrı-ayrı monopoliyaya sahib milli
bazarların əlindədir. Bir çox ölkələrin milli qanunvericilikləri isə
qonşularına qarşı lazımi səbri göstərmir. Məsələn Fransada yerli olmayan gənc
şirkətlərin bazara çıxmaqlarını əngəlləyən qanunlar mövcuddur. Bu isə bir çox
sahibkarları pis vəziyyətdə qoyur və ümumavropa texnoloji nəhənginin
yaradılmasına mane olur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)