main-post-cover

    Avropa Parlamentindən "Apple"a ağır zərbə!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər keçən gün texnologiya şirkətləri ilə hökümətlər arasında yaşanan vergi mübahisələrindən yeni birilərinə daha şahid oluruq. Hökümətlər şirkətləri vergi qaçırtmaq ilə günahlandırarkən, şirkətlər bu iddiaları qəbul etmir. 

    Bu vergi krizindən nəsibini alan son şirkət "Apple" oldu. Avropa Komissiyası, mərkəzi Cupertino-da yerləşən texnologiya nəhəngi "Apple"ı 13 milyard avro vergi cəzasına tabe tutdu. "Apple"a kəsilən bu cəzaya səbəb olaraq, İrlandiya höküməti ilə imzaladığı xüsusi razılıq göstərilir. Belə ki, İrlandiya hökümətinin "Apple"a təklif etdiyi elastik vergi şərtlərinin qanunsuz olduğunu bildirən komissiya, bu cəzanın iki tərəf arasındakı razılıq səbəbi ilə əksik alınan vergilərdən ibarət olduğunu ifadə edir. 

    Avropa Parlamenti verilən cəzanı dəstəkləyir!

    "Apple"ın bu cəzaya etiraz etməsi gözlənilərkən, Avropa Parlamentindən gələn xəbər şirkətin vergi mövzusunda olduqca küncə sıxışdığını bir dəfə daha gözlər önünə sərdi. İrlandiya tərəfindən "Apple"a 20 ildir tətbiq edilən vergi üstünlüyü səbəbi ilə kəsilən cəza, Parlamentdə yer alan millət vəkillərinin dəstəyini aldı. İrlandiya və "Apple"ın alınan bu qərara etiraz haqqının olduğunu ancaq bu qərarı məhkəmədə sonuna qədər müdafiə edəcəklərini ifadə edən Avropa Komissiyasından Marqaret Vestager, oxşar problemlər yaşanmaması üçün beynəlxalq şirkətlərin daha şəffaf olmalı olduqlarını bildirdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər