Avropalıların 54%-i ödəniş etməzdən qabaq məhsulu qaytarmaq barədə fikirləşir

424

Aparılan sorğularda, Avropalıların yarıdan çoxu bildirir ki, onlar məhsul üçün ödəniş etməzdən qabaq onu necə qaytara biləcəkləri barədə düşünürlər. Həmçinin, onlardan 27%-i əgər qaytarılma xərcləri bahadırsa xaricdən alışveriş etmirlər. Eləcə də 23%-i qaytarılma şərtləri aydın olmadıqda, o alışverişdən uzaq dayanırlar. Yeni standartlar göstərir ki, Avropada pərakəndə ticarətdə, qaytarılma şərtləri barədə düzəldiləsi çox şeylər var.

Sərhəddən kənar(xarici ölkələrə) çatdırılmalar üçün həllər təklif edən "B2C Avropa”, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Belçika, İsveçrə, Hollandiya və Almaniyada yaşayan 2400-dən çox insan arasında sorğu keçirdi. Alınan məlumatları təhlil edərək, pərakəndə ticarətçilər üçün qaytarılma şərtlərini daha da sadələşdirmək üçün bələdçi hazırlamışdır. 

Bələdçidə bəzi maraqlı faktlar vurğulanır. Dediyimiz kimi, bu sorğuda iştirak edən respondentlərin də 50%-dən çoxu artıq məhsulu almamışdan, onu qaytarmaq haqqında düşünür. Həmçinin, Avropalı alıcılar hələ də xarici alışveriş sistemlərindən online ticarət etməkdə tərəddüd edirlər. Qaytarılma xərcləri bahadırsa, müştərilərin 27%-i xaricdən alışveriş etmir. Və əgər qaytarılma şərtləri onları qane etmirsə, 23%-i beynəlxalq saytlardan belə heç nə satın almır.

Aydın və sadə qaytarılma şərtləri

Xaricdən daha çox alıcısının olmasını istəyən online pərakəndəçilər, öz qaytarılma şərtlərində bəzi dəyişikliklərə getməlidirlər. Avropalı alıcıların çoxu beynəlxalq saytlardan alışveriş edərkən ilk növbədə aldıqları məhsulları bəyənməsələr necə qaytaracaqları və qaytarılma şərtləri barədə maraqlanırlar. B2C Avropa yazır ki : "Sadə və aydın qaytarılma prosesi müştərilərdə ödədikləri pulu sığortaladıqları hissi yaradır və onlar xaricdən alış-verişi seçə bilirlər.”

Avropada istehlakçıların gözləntiləri

Hesabatda həmçinin istehlakçı gözləntiləri haqqında bəzi maraqlı qrafiklər göstərilir.

Məsələn respondentlərin 60%-i, ödənişsiz (faiz tutulmadan) qaytarılma şərtini əslində standart bir xidmət kimi görür. Demək olar ki, müştərilərin yarısı ödənişli qaytarılmanı pul itkisi hesab edir və alternativ olaraq lokal mağazalardan alışveriş etməyə üstünlük verir.

Qaytarılma şərtləri haqqında daha sadə və aydın məlumat, İspaniya, Almaniya və İtaliyada yaşayan istehlakçılar üçün xüsusilə vacibdir. Eləcə də İsveçrə və Almaniyada bir çox istehlakçılar xaricdən alış-veriş üçün bir maneə kimi daha bahalı qaytarılma şərtlərini nümunə gətirirlər.