Avtomatik Pilot Sistemi pilotun həyatını ölümdən qurtarıb (Video)

367

Ürəyi gedən F-16 pilotunun həyatını, təyyarənin Avtomatik Yerə Çarpılmadan Qurtarma Sistemi xilas etdi

Bəzi peşələrin xəta payı olması mümkündür, amma bir pilot üçün bu ölüm qalım mübarizəsi anlamına gəlir demək yerinə düşər. ABŞ Hava Qüvvələri, F-16 Arizona Beynəlxalq Hava Qoruma pilotunun başına gələnlər buna ən uyğun misal ola bilər. F-16 pilotu, təyyarənin içində olduğu vaxt yüksəkliyin ani sürətlə dəyişməsi ilə qanın bədəndə aşağı doğru çəkilməsinə səbəb olan G-LOC halını yaşayıb. 5181 metr yüksəklikdən anidən 2743 metr yüksəkliyə enən və bu zaman "qurtar” əmri ilə dövrəyə girən Avtomatik Yerə Çarpılmadan Qurtarma Sistemi, pilotun həyatını qurtarıb.

 

 

Hadisənin 5 May 2016-cı ildə olmasına baxmayaraq, nədənsə görüntülər qısa zaman əvvəl YouTube-da paylaşılıb. Hətta videonun başlığında Sulli 2-nin yazılması diqqət çəkir. Sulli ABŞ-da uzun illər əvvəl sərnişin daşıyan təyyarəni idarə edən və minlərcə sərnişinin həyatını ölümdən qurtaran pilotun adıdır. Hətta bu qəhrəman pilotun şərəfinə "Sully" adlı film çəkilib.