main-post-cover

    Avtomobil dolusu Kit Kat-ınızı oğurlasaydılar, siz nə edərdiniz?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Cansas Universiteti tələbəsi Hunter Robbins, avtomobilini 15 dəqiqəliyinə kampusun  qarşısında park etdi. Qayıdanda qarşılaşdığı qeyd, böyük bir viral təsiri yaratdı. 


    Qeyddə yazılanlar bunlar idi:
    "Stəkan qabında Kit Kat gördüm. Kit Kat-ı çox sevirəm. Bu səbəbdən qapını yoxladım, kilidli deyil idi. Çox peşman və acam."
    Robbins-in bu mesajı Twitter-də paylaşmasından sonra "Kit Kat", Robbinsə bu tweeti atdı.

    "Başqasının Kit Katını kim oğurlayar?! BUNU KİM EDƏ BİLƏR?! Elə indi bizə DM at və gedənin yerinə yenisini qoyaq."
    Yerinə yenisini qoymaq dedikdə ağlınıza bir ya da iki Kit Kat gələ bilər bəlkə də amma Kit Kat şirkətinin ağlına gələn say tam olaraq 6500 oldu! Bəli, səhv oxumadınız. Kit Kat, Robbinsin avtomobilinə tam 6500 ədəd Kit Kat qoydu.

    Daha sonra bütün Cansas Universiteti tələbələri Robbinsin avtomobilindən öz paylarına düşən Kit Katı almağa getdilər.
     
    Bu gözəl günün sonunda Robbins, Kit Kat-a və PR mütəxəssisi Devon Horrowitzə təşəkkür etməyi də yaddan çıxartmayıb.

    Kit Katı bu maraqlı viral reklam kampaniyası üçün təbrik edirik.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər