main-post-cover

    Avtomobil ilə Apple Store-a hücum edib oğurluq etdilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple mağazasının maraqlı oğurluq hadisəsi Palo-Alto-da baş verib.

    Belə ki, cinayətkarlar oğurlanmış Kia Soul avtomobili vasitəsilə mağazanın şüşə qapılarını sındırıb vitrində olan bütün "Apple” cihazlarını oğurlayıblar. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən hadisə səhər radələrində baş verib. Cinayətkarlar boz rəngli Kia Soul avtomobilini oğurlayıblar və Apple mağazasına tərəf yol alıblar. Mağazanın şüşə qapılarını sındıraraq cinayətkarlar "Apple” istehsalı smartfon, planşet və noutbookları oğurlayıblar. Oğurlanmış cihazların ümumi dəyəri hələki açıqlanmır. Cinayətkarlar isə hadisə yerindən digər avtomobil ilə uzaqlaşıblar.
    Polislər cinayətkarların hadisə yerindən uzaqlaşdıqları avtomobili tapıblar və şahidlərdən bütün ifadələr alınaraq hadisənin gedişatını təyin ediblər. Oğurluq hadisəsi öncədən planlaşdırılmışdı. Belə ki, cinayətkarlar tamamilə professionallıqla bu işi görüblər. Polislərin məlumatlarına əsasən Palo-Alto-da texniki cihazların satıldığı mağazalar hücum edən cinayətkar qruplaşması fəaliyyət göstərir. Cinayətkarlar bir maşınla mağazaya daxil olub ordakı məhsulları oğurlayır və digər bir avtomobil ilə hadisə yerindən uzaqlaşırlar. Apple mağazası ilə olmuş hadisədən sonra 8 nəfər yaxalanıb, 4 nəfər isə şübhə altındadır.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər