Avtomobil qiymətinə Kreslo!

189

Astronomik bir qiymətə satılan Elysium adlı kreslo oturduğu yerə həqiqətən amma "həqiqətən” önəm verən istehlakçılara xitab edəcək. Elysium, qiymətinə baxmayaraq tam bir mühəndislik əsəridir.

Dayanın və kompüter arxasında oyun oynayarkən, ofisdə işləyərkən və ya internetdə gəzinərkən sərf etdiyiniz vaxtı bir düşünün. Bütün bunları bir kresloda əyləşərək edirsiniz və beləcə bədəniniz də zaman keçdikcə yorulur, sanki fərqli formalara bürünür.

Ofis məmulatlarının satıldığı "Staples”da satışa çıxarılan Elysium adlı kreslo heç ucuz deyil lakin tam bir mühəndislik əsəridir. Elysium, Yunan mifologiyasında "qüsursuz yer, cənnət kimi bir yer” mənasına gəlir.

Biotexnika sahəsində Doktorluğu olan Deyvid Haq tərəfindən hazırlanan kreslo üzərində 10 il xərcləndi və hazırki qüsursuzluğuna çatdı. Kreslonun fərqli texnologiyasında fərqli sirrlər var və üzərinə oturduğunuz zaman inanılmaz rahat hiss etməyinizə səbəb olur.


Elysium-a söykəndiyinizdə bir "zəif nöqtə” üzərində olursunuz və bu şəkildə sanki heç çəkiniz yox imiş və ya cazibə qüvvəsinin olmadığı bir mühitdə olduğunuzu hiss edirsiniz. Bədəndəki bütün sinirlər və oynaqlar da bir tarazlıq vəziyyətinə keçir. Bir digər deyişlə, qısa istirahətlər üçün bu kreslo möhtəşəm bir vasitədir.

Təbii ki, bütün bu cəzbedici xüsusiyyətlərlə birgə qiyməti heç də ucuz deyil və karbon fiber örtükdən hazırlanan Elysium, 26 min dollar qiymət etiketi ilə satılacaq. Skandinaviya dərisindən emal edilən kreslo, 70 fərqli rəngdə təqdim edilir.