main-post-cover

    Axırki gözlənilən oldu: Donald Trump və Apple CEO-su Tim Cook arasında söhbət baş tutdu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ tarixində maraqla qarşılanan prezident Donald Trump öz çıxışlarında texnologiyaya qarşı o qədər də müsbət yanaşmadığını hətta bəzi hallarda onların siyasətinə qarşı çıxdığını da gizlətmirdi.

    Hətta onun bəyanatlarında Apple-la bağlı səsləndirilən iddialar bir çox iPhone sevərləri narahat edirdi. Amma bu yaxınlarda Trump, Apple CEO-su Tim Cook-la əlaqə saxlayaraq öz fikirlərini paylaşıb.
     
    Maraqlıdır Donald Trump, Tim Cook-la hansı müzakirələri aparıb. Müzakirənin əsas mövzusu isə istehsalın Çində deyil, ABŞ-da baş tutmasıyla əlaqədar olub. Görünür ki, Trump "Amerika arzusu” ifadəsini sözün əsl mənasında həyata keçirmək niyyətindədir.
    Donald Trump etdiyi açıqlamada Apple CEO-suna zəng etdiyini və ondan istehsalın Çin və Vyetnam yerinə ABŞ-da həyata keçirilməsinin ölkə iqtisadiyyatına daha çox qazanc gətirəcəyini bildirib.
    Hətta Tim Cook ona öz cavabında onun bu istəyini anlayışla qarşıladığını vurğulayıb. Prezident isə buna əməl edəcəkləri halda dünya səviyyəli belə şirkətlərə böyük vergi güzəştləri edəcəyini ifadə edib.
    Trump-ın bu təklifi təbii ki, ölkə iqtisadiyyatına çox böyük dəstək vermiş olacaq, amma onu da qeyd etmək yerinə düşər ki, iPhone istehsalı ABŞ-da baş tutursa qiymət 30-40 dollar arta bilər.
    Hər halda belə qərarı vermək Apple-ın gələcək satış strategiyasına öz təsirini göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər