main-post-cover

    Axtarış edərkən arxanızda iz buraxmayan, dünyanın ən güvənilir 4 axtarış sistemi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Deyə bilərsiniz ki, Google-da gizli axtarış xüsusiyyəti olarkən, bunlara nə ehtiyac var?

    Google-un apardığı araşdırmaya görə istifadəçilərinin yarısı bundan xəbərsizdir. Ctrl+Shift+n düymələrinin kombinasiyaları ilə apardığımız axtarışlar isə yalnız bizdə görsənmir yəni, o qədər də güvənli hesab etmək olmaz. Google, bu axtarışlarda da belə istifadəçilərin İP adresslərini qeyd edir. Belə bir vəziyyətdə gizliliyi necə saxlamaq olar? Aşağıda təqdim edəcəyimiz 4 axtarış sistemi, işi görüb arxasında iz buraxmaq istməyənlər üçündür.

    DuckDuckGo
    Müxtəlif saytlara daxil olan insanların ziyarət etdiyi bu platforma sizin haqqınızda heç bir məlumatı öz serverlərində saxlamır. Bundan əlavə başqa saytlara da sizin məlumatlarınızın ötürülməsinə imkan vermir.



    ixquick
    İstifadəçilərin məhrəmiyyətinə olduqca önəm verən bu platformanın girişində belə bir cümlə yer alır: "Məhrəmiyyət probleminə tək çarə - Qeyd olunsa da, olunmasa da siz yenə tez silin"



    MetaGer
    Alman sivil cəmiyyət quruluşu və Hannover Universitetinin ortaqlığı nəticəsində yaradılan bu platformanın da məqsədi digərlərindən fərqlənmir. Şəxsi məlumatların əldə olunmaması və bölüşülməməsi prinsipinə dayanmaq.



    Yippy
    Az yaşlı uşaqlaın və gənclərin porno və qumar kimi vasitələrə qurşanmasını əngəlləmək üçün yaradılan bu axtarış sisteminin girişində belə bir cümlə var: "İstifadəçilərimə mühüm olan ən təhlükəsiz şəraiti təqdim etdiyimiz üçün, onların məlumatlarını yadda saxlamağa ehtiyac yoxdur." Lakin qeyd edək ki, bu vəziyyət ABŞ-da yaşayanlar üçün keçərlidir.


    Linki kopyala