main-post-cover

    Az Bilinən Lakin Hər Androidçinin İstifadə Etməli Olduğu 3 Android Tətbiq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Android cəmiyyətində mütləq istifadə edilməli olduğuna inandığımız 3 vacib lakin az bilinən tətbiqi sizlər üçün siyahıya aldıq.

    Bildiyiniz kimi Android dünyası iOS və Windows Phone-a görə daha müstəqil olması ilə sevilir. Bu nöqtədə sizə istifadə rahatlığı təklif edəcək və işinizə mütləq yarayacağını düşündüyümüz 3 ədəd tətbiqi sizlər üçün siyahıya alırıq.
    Bu tətbiqlər çox da bilinmədiyi üçün özünüzü şanslı saya bilərsiniz. Çünki olduqca işinizə yarayacağını düşünürük. (Sizin də tövsiyyələriniz varsa şərh bölməsindən bildirə bilərsiniz).

    Doremi Nougat


    "Doremi”, Play Store-da ən az bilinənlərdən biridir. Lakin musiqi zövqünüzü artıqlaması ilə qarşılayacaq bir tətbiq olduğuna əminik. Bildiyiniz kimi Spotify, Deezer kimi servislər və daha başqaları ilə rahat-rahat musiqi dinləyə bilirsiniz. Lakin müəyyən qədər aylıq haqq ödəməlisiniz . Ancaq Doremi ilə YouTube kimi bütün musiqiləri tapa biləcəyiniz (hətta Spotify və s. Servislərdə olmayan) mühitdən musiqiləri yükləyərək cihazınızda yadda saxlaya bilir, hətta playlistlər hazırlayaraq sevdiyiniz musiqiləri ayrı-ayrı kateqoriyalaşdıra bilirsiniz. Və bunların hamısı tamamilə pulsuzdur.

    Doremi Nougat endir

    quickReply


    Bildiyiniz kimi Android N ilə bərabər gələcək bir Quick Reply, yəni sürətli cavablama xüsusiyyəti var. Hətta WhatsApp bunu öz tətbiqinə də qısa müddət əvvəl gətirdi. Ancaq siz Android N-i gözləmədən quickReply ilə bütün mesaj tətbiqlərinizə kilid ekranında olsanız belə daha sürətli cavab verə bilərsiniz. Yəni Android N-in gəlməsini gözləməyinizə gərək qalmır. Nəticədə daha Android M-i belə almayan hətta ala bilməyəcək minlərlə istifadəçi varkən niyə Android N-in xüsusiyyətindən məhrum qalsınlar ki?

    quickReply endir

    The Rock Clock 


    Daha əvvəl sevilən bir amerikan güləşçisi olan və xüsusilə aktyorluğu ilə bütün dünyada tamamilə Dueyn Conson, digər adı ilə The Rock, zəngli saat və motivasiya tətbiqi təqdim etdi. Lakin olduqca yaxşı və istifadəyə yararlı olan bu tətbiq ilə səhərlər işə/dərsə gecikmək kimi bir dərdiniz olmayacaq. Çünki bildiyiniz kimi bir çox alarm tətbiqlərində ertələmək seçimi vardır. Bunu edə bilmək üçün bəziləri sizə istədiyiniz qədər ertələmə şansı verir. Lakin The Rock-un yaşam tərzinə aid olmayan "ertələmək” bu tətbiqdə də yer almır. Yəni alarm qurarkən 6-da qalxmalısınızsa bu tətbiq sizi 100% olaraq saat 6-da oyadacaqdır.

    The Rock Clock endir



    Beləliklə sizlər üçün işinizə yarayacağını düşündüyümüz 3 tətbiqə yer vermiş olduq. Doremi ilə ödənişsiz musiqi keyfini həm də YouTube kimi bir xəzinə üzərindən yaşaya bilər, quickReply ilə kilid ekranından, oyun və ya tətbiqdən çıxmadan mesaja cavab verə bilər, The Rock Clock ilə artıq dəqiq olaraq vaxtında oyana bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər