main-post-cover

    Azərbaycan startapları investisiya cəlb etməyin yollarını öyrənəcəklər

    Digər
    07.05.2017
    Farid Pardashunas
    16 Aprel tarixində Bakıda Praktik konsaltinqin regional sessiyası keçiriləcək (RSPK). Azərbaycanın texnoloji startapları öz layihələri üzərində çalışıb, Open Innovation Startup Tour tədbirindəki mütəxəssis və investorların qarşısında olacaq çıxışa hazırlaşa bilərlər. Praktik konsaltinqin regional sessiyası, Rusiya Vençur Şirkətinin tez-tez keçirtdiyi tədbirdir.Həmin tədbir, sahibkarlara, öz layihələrinin investisiya qiymətləndirilməsini əldə etməyə və onların inkişaf etdirilməsi üçün bacarıqlara sahib olunmasına imkan verir.
    2017-ci ildə RSPK, Open Innovation Startup Tour (OIST) tədbirinin keçirildiyi şəhərlərdə təşkil olunur. OIST, perspektiv texnoloji layihələrin axtarışına və yeni başlamış startap komandaların inkişafına töhfə verən irimiqyaslı layihədir. Bakıda keçiriləcək RSPK proqramına, biznes-modelləşdirmə əsası üzrə seminarlar, innovasiyalı menecment və komanda daxili təhsil daxildir. Ən böyük diqqət isə natiqlik bacarığı, investorlar üçün prezentasiya tərtibatı və layihələr üzərində individual iş bacarığına ayrılacaq.
    Praktik iş zamanı iştirakçılar, tədbir mütəxəssisləri ilə birlikdə layihələrin maliyyə planlarının analizini aparacaq və investor və ya sənaye tərəfdaşı üçün sənədlərin düzgün tərtib edilərək prezentasiyasını təşkil etmək bacarıqlarına yiyələnəcəklər.Tədbirin sonunda hər bir layihə, GenerationS və Open Innovation Startup Tour-da iştirak üçün prezentasiyaların hazırlanması və tamamlanması üzrə tracking-plan əldə edəcək. OIST-in seçmə mərhələsindən keçmiş layihələr, RSPK-da pulsuz şəkildə iştirak edəcəklər.
    Tarix: 16 Aprel 2017-ci il
    Tədbirin keçiriləcəyi yer: SUP Accelerator
    Ünvan: Əhməd Rəcəbli 153, ATL. Group, 1-ci mərtəbə, Bakı.
    RSPK Azərbaycan üçün bu linkdən qeydiyyatdan keçmək lazımdır.
    RSPK artıq 9 ildir ki, fəaliyyətdədir. Proqramın yarandığı 2008-ci ildən bəri 160 sessiya keçirilib. Keçirilmiş həmin sessiyalar çərçivəsində isə 1100-ə yaxın insan, praktiki bacarıqlar və biliklər əldə etmişdir. Bu proqram, Rusiya Vençur Şirkəti tərəfindən təsis edilib və GenerationS-in tərəfdaşlığı ilə keçirilir. Digər tərəfdaşlar: Open Innovation Startup Tour, YellowRockets operatoru, RSPK-nın Bakıdakı regional tərəfdaşı SUP Accelerator. İnformasiya dəstəyi: Technote.az və Technimum.
    Rusiya Vençur Şirkəti haqqında:
    AO "RVK”, Rusiya Federasiyasının inkişaf institutu və dövlət fondudur. RVK-nın əsas iş məqsədi, Rusiyada şəxsi vençur investisiyalarının yaradılmasının stimullaşdırılması və milli texnoloji təşəbbüsün layihə ofisi funksiyasından istifadə etməkdir. RVK-nın nizamnamə kapitalı 30 milyard rubl-dur. Şirkətin 100% kapitalı, Rusiya Federasiyasına, yəni, Rusiya Federasiyasının dövlət əmlakının idarəolunması üzrə federal agentliyə aiddir. RVK tərəfindən yaradılmış fondların ümumi sayı 22-dir. Onların ümumi qiymətləndirilməsi isə 33.8 milyard rubl-dur. RVK-nın öz payı 20.6 milyard rubl təşkil edir. RVK tərəfindən investisiya almış innovasiyalı şirkətlərin sayı 203-ə çatıb. İnvestisiya edilmiş vəsaitlərin ümumi miqdarı isə 17.6 milyard rubl-dur.
    www.rvc.ru
    GenerationS:
    GenerationS, Rusiya Federasiyasının və Şərqi Avropanın ən böyük startap-akseleratorudur. RVK tərəfindən 2013-cü ildən bəri təşkil olunur. Hər il GenerationS-in sənaye tərəfdaşları, Rusiyanın 20-ə yaxın böyük şirkəti olur. Həmin şirkətlərin əsas marağı, startapların seçilməsi və onların akselerasiyalaşdırılmasındadır. Nəticələrə əsasən GenerationS-in iştirakçıları, biznesin inkişafı və investisiyaların cəlb olunmasında geniş imkanlar əldə edir və akselerator tərəfdaşlarının resurs və infrastrukturlarına yol açırlar. 2016-cı ildə GenerationS-də iştirak üçün 30 ölkədən 4237 ərizə göndərilmişdi. 2016-cı ildə GenerationS-in uduş məbləği 15 milyon rubl idi. Tərəfdaşlardan olan uduşun ümumi miqdarı isə 100 milyon rubl-u keçmişdi.
    www.generation-startup.ru
    Open Innovation Startup Tour:
    Open Innovative Startup Tour, perspektiv texnoloji layihələrin axtarışına və yeni başlamış startap komandaların inkişafına töhvə verən irimiqyaslı layihədir. Layihənin yaradılması təşəbbüsü "Skolkova” fonduna və RVK-a aiddir. Bundan əlavə olaraq qabaqcıl inkişaf universitetləri tərəfindən dəstəklənib və Rusiya Federasiyasının höküməti tərəfindən təsdiqlənib.
    startup-tour.ru
    YellowRockets:
    YellowRockets, sahibkarlıq üçün əlverişli mühit yaradaraq iddialı və bacarıqlı insanlara öz ideyalarını reallaşdırmağa kömək edən komandadır. Biz, gənc alimlər və başlayan sahibkarlar üçün mümkün olan dəstək tədbirləri haqqında məlumatları yığır və paylaşır, maarifləndirici tədbirlər (vacib və lazımi insanlarla görüşlər, startap istirahət günləri, hackhathonlar və s.) təşkil edir, biznes yaradılışının ilk addımları üçün akselerasiya proqramını yaradır və ikinci ildir ki, GenerationS federal layihəsində iştirak edirik.
    Linki kopyala