main-post-cover

    Azərbaycan taksi bazarına daxil olan yeni ad: Taxify

    Digər
    07.05.2017
    Farid Pardashunas

    İlk dəfə 2013-cü ildə Estoniyada fəaliyyətə başlamış "Taxify" xidməti artıq Azərbaycanda da fəaliyyət göstərəcək.

    Bu gün xidmət 15 ölkədə, o cümlədən Ukrayna, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Latviya, Litva, Serbiya, Niderland və Meksikada fəaliyyət göstərir. Şirkət gələcəkdə daha bir neçə Avropa ölkəsində xidmətini genişləndirməyi planlaşdırır.
    Taxify-ın partnyorların qeydiyyatı üçün nəzərdə tutulmuş saytının Azərbaycan versiyası artıq hazırdır və sürücülər Taxify-ın partnyoru olaraq işləmək və pul qazanmaq şansı əldə edə bilərlər. Ödənişlərin UBER-dəki kimi nəğd və tətbiq üzərindən reallaşdırıla bildiyi bu Taksi xidməti üçün işləmək istəyən sürücülər bu saytdan ətraflı məlumat ala və qeydiyyatdan keçə bilərlər.
     
    Eyni zamanda biznes paket olaraq şirkətlər üçün də taksi xidməti təklif edən Taxify-ın, Azərbaycan bazarında necə uğur qazanacağını dəqiq deyə bilmərik. Beləki, bizim bazarın necə "taksi xidmətlərini” yediyini hamımız bilirik.
    Ümid edirik Taxify, həm qiymət həm də keyfiyyət baxımından Azərbaycanda taksi sektoruna yeni bir dad gətirər və digər taksi xidmətləri ilə rəqabətdə dözümlü olar.
    Bəs siz hansı taksi xidmətindən istifadə edirsiniz?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər