Azərbaycan tələbələri hədiyyə fondu $ 20000 olan “Golden Byte” Beynəlxalq IT-Çempionatında qalib gəldilər
Digər
07.05.2017
Farid Pardashunas
Kiyevdə dünyanın 10 ölkəsindən innovativ layihələr toplayan Beynəlxalq IT-Çempionatının final mərhələsi baş tutdu. 300-dən artıq ən güclü iştirakçılar $ 20000 hədiyyə fondu uğrunda mübarizə apardılar.
STEP İT Akademiyası
ardıcıl olaraq 10 ildir ki, "Golden Byte” beynəlxalq IT-çempionatını təşkil edir. STEP
IT Akademiyasının baş direktoru, "Golden Byte” çempionatının ideya müəllifi və təşkilatçısı
Dmitriy Korçevski: "Biz "GoldenByte” çempionatını ona görə
yaratdıq ki, istedadlı gəncləri xoş bir məqsəd ətrafına toplayaq – bilik və
texnologiyaların köməyi ilə dünyanı dəyişmək, insanlara fayda gətirəcək
innovasiya yaratmaq. Əminliklə deyə bilərik ki, biz buna nail ola bildikı!
Doqquz ildir ki, ardıcıl olaraq, tələbələrin müsabiqədə iştirak etmələri üçün əvvəlcə
layihələr yaratdıqlarının, sonra isə öz
ideyalarını startaplara çevirərək, həyata keçirmələrinin şahidi oluruq. Bu çox
gözəldir!”
Tələbələr, "İnvent. Create. Change” şüarı altında birləşən
10 fərqli nominasiyada öz layihələrini təqdim etdilər. Bu il 10000-dən
artıq insan öz layihəsini Çempionata təqdim etmişdir.
Mükafatçı-layihələr arasında məhdud imkanlara malik olan
insanların həyatını dəyişə biləcək və onlara müasir texnologiyanın
imkanlarından yararlanmağa kömək edəcək bir çox sosial layihələr var idi.
Mükafata layiq görülən startapçılar gözdən əlil uşaqlara yardım edirlər, bu
layihə gözdən əlil uşaqlara mobil telefon vasitsəilə şəhərdə hərəkət etməyə və
istənilən idarəni asanlıqla tapmağa yardım edəcək.
Golden
Byte müsabiqəsində ilk dəfə iştirak edən və 6
nominasiya üzrə Azərbaycanı təmsil edən tələbələr, Bakıya iki qızıl və iki
bürünc medalla qayıtdılar. Onlardan biri cəmi 6 ay fəaliyyətdə olan STEP IT
Academy Azerbaijan tələbəsidir.
E-Tap komandası – Elvin Cuvarov, Orxan Qədirov.
WEB layihə nominasiyasında 1-ci yer
Vaqif Rüstəmov, Character design nominasiyasında 1-ci yer
JavaSet komandası -
Yusupov Əsəd, Nicat Cavadov, Startup Challenge nominasiyasında 3-cü yer
Savefy komandası- Tural Səlimli, Məmməd Kərimli, Fəhmin
Zakirli, Internet of Things nominasiyasında 3-cü yer
Finalçıların bir qismi final mərhələsi zamanı iş və təcrübə
təkliflərini aldılar. Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin
nümayəndələri qiymətləndirirdilər, məsələn, Yevgeniy Şvarov (Intersystems şirkəti),
Yevgeniy Kudryavçenko (Vintage veb-studiyasının direktoru), Aleksey Mas
(Kiyevstar), Svetlana Bovkun (KyivMakerFaire şirkətinin müştərək təsisçisi)
«Kvartal 95» studiyasının nümayəndələri, Anna Tkaçenko (Rəqəmsal istiqamətin
direktoru və 1+1 media strategiyası və inkişafı üzrə direktor), Dmitriy
Litvinenko (STB televiziya kanalının art-direktoru), Vladislav Kurmaz
(GlobalLogic əsas yaradıcısı), Papilev Aleksey (Lifecell əlavələrinin mobil
idarəsi üzrə ekspert) və digərləri.
"Golden
Byte” Beynəlxalq
Çempionatı Azərbaycanın və Ukraynanın Təhsil Nazirliklərinin, habelə Kiyev şəhər
administrasiyasının dəstəyi ilə keçirilir. Çempionatın baş partnyorları –
InterSystems şirkəti, Wolf, , innovativ partnyor – Microsoft
şirkəti, baş media partnyoru - 1 + 1 şirkətidir. Çempionatın final mərhələsi
Şevçenko adına Kiyev Dövlət Univbersitetinin və D'lux əyləncə kompleksinin dəstəyi
ilə baş tutmuşdur.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!