main-post-cover

    Azərbaycanda dizaynerlərin orta aylıq qazancı nə qədərdir? (SORĞU NƏTİCƏLƏRİ)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    28 fevral tarixindən etibarən Azərbaycanda olan dizaynerlərin orta aylıq qazancları haqqında anonim sorğuya start vermişdik. 1 həftə müddətində sorğuda nə az nə çox, 204 dizayner iştirak etdi. Sorğunun əsas məqsədi Azərbaycanda bu sahənin inkişaf perspektivlərini araşdırmaq və sahənin nə qədər gəlirli olduğunu ortaya çıxarmaq idi. 200 dizaynerdən topladığımız məlumatları aşağıdakı şəkildə qruplaşdırıb və həmin məlumatları sizinlə açıq bir şəkildə paylaşırıq.
    Sorğu nəticələrinə əsasən Azərbaycanda dizaynerlərin əsas maraq göstərdikləri dizayn sahələri Qrafik dizaynWeb dizayndır. Xüsusilə 61%-lik göstərici ilə qrafik dizayn üstünlük təşkil edir. 3-cü ən məşhur sahə isə interyereksteryer dizayndır.
    Sorğunun ikinci hissəsi, dizaynerlərin çalışdıqları sahə və sektorla bağlıdır. Sorğu nəticələrinə əsasən Azərbaycanda hər 100 dizaynerdən 65-i, özəl sektorda çalışır. Dövlət sektorunda çalışan dizaynerlərin sayı isə hər 100 nəfər dizaynerə görə 8 nəfər təşkil edir ki, bu da olduqca aşağı göstəricidir. Eyni zamanda dövlət işində çalışan dizaynerlərin əmək haqları 150-300 manat aralığında dəyişir. Bunun əksi olaraq isə özəl sektorda aylıq gəlirlilik, "freelancer” və dövlət işinə nisbətən daha çoxdur.
    Sorğuda ikinci ən böyük maraqlı sahənin isə "freelancer” olduğunu görə bilərik. Belə ki, 200 nəfər dizaynerdən 87-si "freelancer” olaraq da fəaliyyət göstərir. 48 nəfər isə daimi işdən əlavə olaraq "freelancer”lik fəaliyyəti ilə məşğul olur. Buradan isə belə nəticəyə gəlmək olar ki, hər 200 dizaynerdən 39 nəfəri sadəcə olaraq "freelancer” kimi fəaliyyət göstərir.
    Sorğuda iştirak edən dizaynerlərin 85%-i ölkə daxilində də fəaliyyət göstərir. Cəmi 7 nəfər isə təmamilə ölkə xaricində fəaliyyət göstərir. 39 nəfər isə birbaşa olaraq ölkə xaricinə satışlara fokuslanıb. 60 nəfər isə öz işlərini xaricə satır.
    Sorğunun əsas hissəsi dizaynerlərin Azərbaycanda orta aylıq qazancı ilə bağlıdır. 204 nəfər dizaynerin iştirak etdiyi sorğu nəticələrinə görə Azərbaycanda dizaynerlərin 22%-i hansısa şirkətdə daimi işləmir. Sorğuda iştirak edən dizaynerlərin isə 17%-i, 300-500 AZN aralığında aylıq qazanc əldə edir.
    150-300 AZN arası qazanan dizaynerlər 12%, 500-750 AZN qazanan dizaynerlər 16%, 750-1000 AZN qazanan dizaynerlər 9%, 1000-1500 AZN arası qazanan dizaynerlər 12%, 1500-2000 AZN qazanan dizaynerlər 5%, 2000+ AZN qazanan dizaynerlər isə 7% təşkil edir. Statistikaya əsasən Azərbaycanda hər 100 dizaynerdən 79-u daimi olaraq dövlət yaxud özəl sektorda çalışır. Sorğuya əsasən isə Azərbaycanda fəaliyyət göstərən və daimi işləyən 160 nəfərin nəticələrinə görə Azərbaycanda dizaynerlərin ortalama aylıq qazancı 829 AZN təşkil edir.
     
    Sorğu iştirakçılarının əlavə olaraq "Freelancer” işlərdən qazancı isə 37% göstərici ilə 150-300 AZN arası təşkil edir. "Freelancer” fəaliyyəti ilə 1500-2000 AZN arası qazanc əldə edən isə cəmi 3 nəfər mövcuddur.
    Dünya standartlarına nisbətən aşağı rəqəmlərlə qarşılaşsaqda, Azərbaycanda dizayn mədəniyyətinin yeni-yeni formalaşmağa başladığını da vurğulamalıyıq. Artıq özəl sektor dizaynlara xüsusi diqqət ayırmağa başlayır və dizayner üçün Azərbaycanda 829 AZN ortalama qazanc qənaətbəxş hesab edilə bilər. Təbii ki, burada sözün əsl mənasında dizaynerdən söhbət gedir. Dizaynerlik haqqında daha ətraflı məlumatı isə bu məqaləmizdə xüsusilə bölüşmüşük.
    Əgər sizin də bu sahayə xüsusi marağınız varsa, siz də müəyyən kurslar keçməklə müəyyən müddət ərzində peşəkar dizayner ola bilərsiniz. Ölkəmizdə dizayn peşəsinin sirrlərini öyrənmək üçün kurslar mövcuddur. Xüsusilə son ildə Step IT Akedemiyasının bu sahəyə verdiyi töhvəni qiymətləndirmək mütləq lazımdır. Dünyaca tanınan sertifikata sahib olmaq və dizaynerliyin bir çox sahələrində bilik və bacarıq əldə etmək üçün, Step IT Akademiyasının dizaynerlik kurslarından faydalana bilərsiniz. Bu kurs mənə nələr verəcək desəz, buradan  tədris proqramı ilə tanış ola bilərsiniz. Dizayner olmaq üçün daha çox məlumat və kurslarla maraqlanmaq istəyirsinizsə buradan pulsuz məsləhət ala bilərsiniz.
    Linki kopyala