main-post-cover

    Azərbaycanda Praktiki konsaltinqin regional sessiyası keçirildi.

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
    16 Aprel tarixində SUP akselerasiya mərkəzində Praktiki konsaltinqin regional sessiyası (RSPK) keçirilib. Rusiya Vençur Şirkəti (RVK) tərəfindən təşkil olunmuş bir günlük tədbirdə, Azərbaycandan 40-a yaxın sahibkar iştirak edib. İştirakçılar öz layihələrini tamamlayaraq mütəxəssislər və Open Innovation Startup Tour investorlarının qarşısında çıxış etmək üçün hazırlaşdılar. Bakıda keçirilmiş RSPK-nın çərçivəsində iştirakçılar biznes-modelləşdirmənin təməllərini, investisiya prezentasiyalarının hazırlanmasını, ictimai çıxışların necə edilməsini öyrənmiş və öz layihələrinin inkişafı və kommersiyalaşması barəsində məsləhətlər almışdılar. Açıq prezentasiya çərçivəsində Wake Me Up layihəsi təqdim olunmuşdu. 4 gənc mühəndis, işdə yatan işçinin bu barədə xəbərdar olmasına imkan verən sistem üzərində çalışır. Xüsusi ötürücü, eynəyə bərkidilir. Daha sonra sistem, göz qırpması zaman göz qapaqlarının yumulmasının vaxt periodunu analiz edir. Beləliklə sistem nəticəyə gəlir ki, şəxs yatmaq üzrədir. Hal-hazırda komanda artıq cihazın prototipini hazır edib və əgər hər şey yolunda gedərsə, onda təhlükəli işlərdə çalışan şəxslərin və bir çox sürücülərin həyatlarını xilas etmək mümkün olacaq. Layihənin təsisçisi Şahin Xəlilov etiraf edib ki, RSPK-da iştirak etmək üçün o, Prinstondan olan professorun mühazirəsini buraxıb. Hansı üsulnan qazanc ediləcəyi məlum olmasa da yeni dəb yaradacaq daha bir layihə mütəxəssislərin diqqətini cəlb edib. CHEVIR adlı layihə hər-hansı bir təsviri analiz edir və müəyyən alqoritm vasitəsilə həmin təsviri, səsə çevirir. İstifadəçi, təsviri eşidə və ya hansısa fotonun necə səsləndiyini öyrənə bilər. "Bu startapın uğurlu olacağı təqdirdə hansısa sosial şəbəkə tərəfindən alınacağını təsəvvür etmək çox asandır” – deyə RSPK-nın mütəxəssisi Arkadiy Seleznyov bildirib.

    Linki kopyala