Azərbaycanlı gəncin startupı "BeBonobo", Sinqapurda bir müsabiqədə qalib olaraq 23.000 Azn qazandı!

369

Azərbaycanda yenicə qurulmuş Social Innovation Lab startap koçinq və mentorluq laboratoriyasının startaplarından biri, BeBonobo Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub və 20,000 Sinqapur dolları (23,000azn) qazanıb.

BeBonobo uzun müddətdir Malayziyanın startap sistemində fəaliyyət göstərən və Social Innovation Lab startap laboratoriyasının da qurucusu olan həmyerlimiz Cəsur Həsənov tərəfindən 2015-ci ildə qurulmuşdur. Sonradan komandasını quran həmyerlimizin komandasında hazırda Yəmən, Malayziya, Indoneziya və Azərbaycan olmaqla 4 fərqli ölkədən olan 6 nəfər fəaliyyət göstərir.

BeBonobo yaşının bir ildən az olmasına baxmayaraq müxtəlif beynəlxalq startap yarışlarında yüksək nəticələr göstərərək özünə 42,000 azn "seed” (toxum) investisiya cəlb etməyi bacarmışdır. Malayziyada 2015-ci ildə keçirilən Cleantech Hackathon programında 2-ci yer, Tatarstan Respublikasında keçirilən Kazan OIC Youth Entrepreneurship Forum-da qalib komandalardan biri, keçən cümə günü, 21 Oktyabr tarixində isə həmyerlimizin startapı BeBonobo Sinqapurda 8 aydır davam edən YSE2016 biznes yarışının qalibi olaraq 20,000 Sinqapur dolları (23,000azn) qazanmış və nailiyyətlərinə bir yenisini də əlavə etmişdir.


Xatırladaq ki, BeBonobo Silikon Vadisindəki "Cleantech Open Accelerator” programına seçilən və uğurla başa vuran 25 startapdan biri və Sinqapur Beynəlxalq Fondu tərəfindən yaradılan YSE2016 programına seçilən və uğurla başa vuran 16 startapdan biridir. YSE2016 programının isə qeyd etdiyimiz kimi qalibi olmuşdur.

BeBonobo hazırda cənub-şərqi Asiyanın (SouthEast Asia) ən prestijli akselerator proqramı MAP (MaGIC Accelerator Program) tərəfindən dəstəklənən 25 startapdan biridir və Noyabr ayında həmin startaplar 150-dən çox regional investorun önünə çıxaraq öz güclərini sınayacaqlar.


BeBonobo nədir sualına cavab isə belədir ki, BeBonobo cari israfçı istehlak modelini pozaraq istehlakçıları şüurlu istehlaka təşviq edən onlayn sosial şəbəkədir. İstifadəçilər sahib olduqları lakin istifadə etmədikləri əşyaları BeBonobo vasitəsilə başqa bir istifadəçiyə ötürərək yeni dostluqlar qururlar. Həmçinin sizə lazım olan əşyaya pul xərcləməzdən əvvəl BeBonobo hesabınızı yoxlamağı unutmayın, çünki heçbir ödəniş etmədən BeBonobo-da həmin əşyanı tapa bilərsiniz. Maraqlı bir fakt da odur ki, istifadəçi BeBonobo platformasına istifadə etmədiyi əşyanı "for tree” (ağac üçün) digər istifadəçiyə verdiyi təqdirdə, əşyanı götürən istifadəçi platformaya 3 dollar ödəyir və BeBonobo əşyanə verən istifadəçi üçün hər verdiyi əşyaya görə bir ağac əkir. Bəli, real ağac.

Bir müddət əvvəl Social Innovation Lab tərəfindən elan edilən GrowthCoachBaku programı hazırda Bakıda 16 startap layihəsi ilə işləyir və tezliklə onları da beynəlxalq startap yarışlarında görə biləcəyik.

Daha ətraflı:

Website:www.bebonobo.com
Facebook:www.facebook.com/bebonobo
Twitter:www.twitter.com/bebonobo
Instagram:www.instagram.com/bebonobo
LinkedIn:www.linkedin.com/company/bebonobo