main-post-cover

    Azərbaycanlı gənclərin "Handy Unicorn" adlı məhsulu "Kickstarter"də 5000$ -lıq hədəfinə çatdı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hamımızın yaxından tanıdığı "Kickstarter" bir çox startapların qlobal bazarda məhsullarını əvvəlcədən satmasına və bunun müqabilində məhsul istehsalı üçün lazım olan məbləği əldə etməsinə imkan yaradan "crowdfunding" platformasıdır. 

    Vüsal, Emin və Cəlaldan ibarət azərbaycanlı komanda amerikada istehsal etdikləri kiçik və bir o qədər də faydalı bir məhsulu "Kickstarter" platformasında satışa çıxarıblar. "Handy Unicorn" adlanan və bizlərin "açar əlavəsi" kimi tanıdığımız məhsul platformada insanların kifayət qədər marağına səbəb olub. 5000$-lıq hədəfə 112 alıcıdan geridönüş alaraq çatan "Handy Unicorn" platformada hal-hazırda 5201$ vəsait toplayıb.



    5 aydır üzərində iş gedən bu balacann əsas funksionallığı gün ərzində qarşılaşdığımız bir çox xırda problemləri həll edir. Kiçik, daşınılması asan olan və öz boyundan çox işlərə yarayan "Handy Unicorn" "Titanium Grade 5" materialdan hazırlanıb və çox güclüdür. 24$ qiymətlə satışa çıxarılan "Handy Unicorn"-un sifarişçilərə çatdırılma tarixi isə 2017-ci ilin Mart ayı üçün planlaşdırılır. 

    Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.


    Linki kopyala