Azərbaycanlı "investorlar" startaplardan nə istəyir?!
Digər
07.05.2017
Farid Pardashunas
Startap yarışlarında özlərini "Mələk" hiss edən investorların tələbləri və yerli bazara yanaşmaları yəqin ki, bir çoxunuza maraqlıdır.
2014-cü ildən bu yana Azərbaycanın startap
bazarında sözsüz ki, canlanma müşahidə olunmaqdadır. İstər yerli şirkətlərin bu
sahəyə marağı, istər təşkil olunan startap tədbirləri, istərsədə yeni-yeni
yaranan startaplar buna əyani nümunədir. Təbii ki, startap ekosistemindən söhbət
açan zaman bu sistemin ən əsas fiqurlarından biri olan və hələ də hamı tərəfindən Azərbaycanda axtarılan və tapılmayan investorlardan danışmamaq haqsızlıq
olardı. Startap tədbirlərində ön tərəfdə əyləşən və təqdimatları dəyərləndirən
adamlar tədbirlərdən asılı olaraq bizlərə "Juri", "Münsiflər
heyyəti", "Ekspert", "investor" kimi təqdim olunur.
Belə bir vəziyyətdə ön sırada əyləşmək və layihələri dəyərləndirmək mövqeyinə sahib olan bu insanlar həqiqətən investorlardırmı?
Adəti üzrə məqaləni 2 hissəyə ayıraraq qlobal və lokal bazar üçün dəyərləndirmə aparacam. Əvvəla qlobal bazarda
investorun kim olduğuna baxaq. Dünya təcrübəsində investor milyonlarla pulu
olan və bu pulu passivdə saxlamamaq üçün aktiv şəkildə müxtəlif layihə və
startaplara eləcə də səhm və qiymətli kağızlara yatıran adamlara deyilir. Bu
tip şəxslərin əsas açar üstünlükləri aşağıdakılardır:
- Bazardan xəbərdar olmaq
- Riskləri analiz etmək
- İnsan psixologiyasını bilmək
- İnnovasiyadan agah olmaq
- Bazardan xəbərdar olmaq
- Riskləri analiz etmək
- İnsan psixologiyasını bilmək
- İnnovasiyadan agah olmaq
Bəs Azərbaycan investor kimlərə deyilir və açar üstünlükləri nələrdir?
2 və daha artıq şadlıq sarayına sahib olan,
banklarda 20.000+ AZN pulu olub illik 200 manat divident qazanan, öz şirkəti
olmayan və yaxud hansısa bankda departament vəzifəsində işləyən ən pis halda isə
banka borcu olan şəxslərə deyilir. Bu
tipli investorların açar üstünlükləri aşağıdakılardır:
- Kalxoz, Sovxoz və kollektiv kənd təəssərüfatı qaydalarının ön plana çəkilməsi
- Öz bizneslərinin olmaması yaxud ənənəvi biznes sahələrində çalışmaları
- Riskə gedəcək pullarının olmaması
- İnvestordan çox "Münsif" təsiri bağışlamaları
- Kalxoz, Sovxoz və kollektiv kənd təəssərüfatı qaydalarının ön plana çəkilməsi
- Öz bizneslərinin olmaması yaxud ənənəvi biznes sahələrində çalışmaları
- Riskə gedəcək pullarının olmaması
- İnvestordan çox "Münsif" təsiri bağışlamaları
Azərbaycanlı investorlar yerli startaplardan nə istəyir?
Azərbaycanda keçirilən bir çox startap
yarışmaları zamanı da qarşılaşdığımız ən böyük problemlərdən biri investorların
yaxud münsiflər heyyətinin bildirdikləri yersiz iradlardır. Əgər Azərbaycanda
bir lokal layihəyə sahibsinizsə böyük ehtimallar 5 münsifin 4-dən alacağınız
cavab budur: " Sizin layihə qlobal deyil və ya dünya bazarında belə bir
layihə mövcuddur"
Qayda 1: Qlobal layihələrin
lokallaşdırılması dünyanın hər bir ölkəsində praktikada mövcuddur və dünya
bazarında elə layihələr var ki, həmin layihələr yalnız lokal səviyyədə təqdim
oluna bilir. Bu kimi bəhanələrə ən yaxşı cavab kimi Türkiyə modelini göstərmək
olar.
Qayda 2: Azərbaycanda lokal bazar
formalaşdırılmadan qlobal layihələrin istənilməsi absurd və yanlış addımdır. Bu
çayı keçməmiş hoppan deməkdən betər bir şeydir.
"Sizin layihə qlobaldır lakin sizin
bazarda rəqibləriniz çoxdur. Bu nöqteyi nəzərdən sizin layihəni uğursuz saymaq
olar." - ən çox istifadə olunan 2-ci bəhanə.
Ümumiyyətlə yadda saxlamaq lazımdır ki, əgər
siz investor önünə çıxan zaman lokal layihə ilə çıxırsınızsa bu zaman sizdən
layihənin qlobal tərəfi tələb olunacaq. Yox əgər layihəniz qlobaldırsa, bu
layihənin icrasının dünya bazarında mümkün olmayacağını yaxud rəqiblərin çox
olduğu ön plana çəkiləcək. Ən yaxşı halda sizin ideya fantastik bir ideyadırsa
və bazarda rəqibiniz yoxdursa, bu zaman sizə veriləcək ən yaxşı cavab hədəf
kütlənin olmamasıdır.
Azərbaycanlı investorların fantastik tələbləri
Layihəniz investorlar tərəfindən bəyənildiyi
halda aşağıdakı təkliflərdən birini ala bilərsiniz:
Qayda 3: Əgər layihəniz investora
maraqlıdırsa, belə olan halda investor sizə seed yatırım adı altında 8000-10000
manat arası bir təklif edəcək və ilkin tələb şirkətinizin 20%-ni almaqla yanaşı
həmin məbləğ qarşılığında layihəni qlobal bazara çıxarmaqdır.
Bu tələb sırf investorların pulsuzluğu və
savadsızlığından irəli gəlir. Büdcəsi kifayət qədər olmayan investorun riskə
gedəcəyi maxsimum məbləğ 20.000 manatdır. Azərbaycanlı investorların əksəriyyəri
bootstrap, seed yatırım, seriya a, seriya b kimi yatırım növlərindən xəbərləri
belə yoxdur.
Qayda 4: Azərbaycanlı investorların startap
bazarından xəbərləri yoxdur. Dünyada baş verən son dəyişiklikər və yatırım
bazarında olan yeniliklərdən daha çox yerli investorları maraqlandıran əsas
kritikalar dolların kursu, bank faiz dərəcələri, arenda qiymətləri, kafe və
restoranlardır.
Qayda 4: Müstəqillik dövründə bazar
boşluğundan istifadə edib, pis-yaxşı ənənəvi biznes sahibləri heç vaxt
startaplara investisiya edə bilməzlər.
Qayda 5: Startap bazarında heç bir təcrübəsi
olmayan, qlobal bazarda baş verən dəyişikliklərdən, startap trendlərdən,
bazarın vəziyyətindən xəbərsiz olan investorlar sizin çılğın ideyalarınızı dəyərləndirməyə
laiq deyillər.
Münsiflər heyyəti
İnvestisiyanın nə olduğunu və ən əsası50.000 dolları bir yerdə görməyən lakin qlobal bazardan xəbardar olan müstəqil
expertlər. Yatırım etməyəcəyi bilərəkdən, layihəyə necə gəldi yanaşan və açar dəyərləndirmə
meyyarlarını bilməyən, hansısa şirkətdə vəzifə sahibi olan şəxslər münsif
qismində yarışmalara dəvət olunur.
Problem
Qarşıya qoyulan və bazarda hal hazırda
mövcud problemlərin ən böyüklərindən biri yerli startapları seçə biləcək, dəyərləndirəcək
münsiflər heyyətinin və ən əsası startap bazarını anlayan bu bazara maraq göstərən
investorun olmamasıdır. Yarışmalar çox süni şəkildə və gözdən pərdə asmaq üçün
təşkil olunur. Layihələrin dəyərləndirilməsi əsassız, savadsız və meyyarsız şəkildə
aparılır. Yerli bazarı görmədən, formalaşdırmadan ancaq qlobal bazara can atan
və verəcəyi kiçik məbləğlər qarşılığında startapların kosmosa səyahət etmələrini tələb
edən investor cildinə girmiş şəxslər olacağı təqdirdə bu bazarda inkişaf heç
vaxt olmayacaq. Bazarda görülməyən bir nömrəli problem lokal bazarı
formalaşdırmadan hamının qlobal bazara qaçması və buna can atmasıdır. Digər bir problem olaraq yerli innovasiya və akselerasiya mərkəzlərinin adətən eyni simaları expert və investor kimi dəyərləndirmə mərhələsinə cəlb etmələridir.
Problemin Həlli
Startap ekosistemindən birbaşa xəbərdar olan və real praktiki təcrübədə investisiya etmiş şəxslərin münsif qismində dəvət olunması.
Lokal və qlobal bazarı dəyərləndirə bilən, komandanı və insan psixologiyasından xəbərdar şəxslərin yarışlara dəvət olunması.
Risk etməyi bacaran və real biznesə malik olan şəxslərin expert yox birbaşa investor simasında yarışlara qoşulması.
İnestorlar haqqında daha çox bu yazımızdan məlumat əldə edə bilərsiniz.
Fərid Pərdəşünas
Technote Ekspert
Technote Ekspert
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)