Bakı Amerika mərkəzi "Elektron şəhərcik" adlı tədbir keçirəcək

994

Bakı Amerika mərkəzi Azərbaycanda ilk dəfə "Elektron şəhərcik” adlı tədbir keçirəcək. Tədbirin təşkilatçısı Bakı Amerika mərkəzinin nümayəndəsi Mary Catherine Boumerdir. Tədbirin əsas məqsədi texnologiyaya maraq göstərən hər kəsi bir araya toplamaq, onların praktik bacarıqlarını və təcrübələrini inkişaf etdirməkdir. Həmçinin tədbir iştirakçıları yerli startap nümayəndələrinin təqdimatında iştirak edə və öz idayalarını necə bölüşmək, insanlarla necə münasibət qurmaq haqda fikir sahibi olacaqlar. Tədbir iştirakçılarına həmçinin hədiyyə qazanmaq şansı veriləcək. Hədiyyələr arasında laptop, tablet, kiçik portativ proyektor və s. kimi hədiyyələr yer almaqdadır.

Tədbirin təşkilatçısı Mary Catherine Boumerin sözlərinə görə, "Texnologiya hər yerdədir. Müasir dünyada texnologiya, məlumatları tapmaqda, insanlarla əlaqə qurmaqda, ideyalarımızı paylaşmaqda bizim bir nömrəli köməkçimizdir. Tələbə, müəllim və ya hər hansı bir şəxs texnologiyanın müəyyən hissəsindən agahdırsa, texnologiya aləminə addım atmış sayılır. İstər Azərbaycanda, istərsə də ABŞ-da insanlar yeni texnoloji vasitələri ortaya çıxarmaqda maraqlı deyil və ya onun yeni tərəflərini kəşf etməkdə laqeydlik göstərirlər. Mənim bu tədbiri təşkil etməkdə məqsədim isə texnologiyayla əlaqəni daha irəli səviyyəyə daşımaqdır. Ümid edirəm ki, insanlar bu tədbirdə iştirak etdikdən sonra texnologiya daha maraqla yanaşacaqlar.”

Bundan əlavə tədbirdə bir sıra yerli və xarici ölkə nümayəndələri iştirak edəcək.

Praktik məşğələlərdə, məktəbdə uşaqların qiymətləndirilməsi üçün Socreative, Google Docs kimi tətbiqlərlə işləməyin yolları, o cümlədən Snapchat filtrlərin necə yaratmaq haqda məlumat veriləcək. Bundan əlavə 3D printerin və yüksək texnologiyaların istifadəsi haqda təlim veriləcək. Tədbirdə Youth.Inc., IHUB, VeloKuryer, BethClip kimi yerli və xarici şirkət və startaplar iştirak edəcək. İştirakçılar iştirak edəcəyi hər görüşdə bilet əldə edəcəklər. Hansıki, onların hədiyyə qazanmasına şərait yaradacaq. Görüşlər ingilis və ya azərbaycan dilində təşkil olunacaq.

Tədbir 27 dekabrdan 29 dekabra qədər olan vaxtı əhatə edəcək. Tədbir səhər saat 10-dan 8-dək davam edəcək. İştirak etmək istəyən şəxslərin qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Tədbirin açılış mərasimi 27 dekabr saat 10-da, bağlanış mərasimi isə 29 dekabr axşam saat 7-də baş tutacaq. Hədiyyəni qazanan şəxslər bağlanış mərasimində iştirak edə bilməsə onlarla e-mail yaxud telefon vasitəsilə əlaqə saxlanılacaq.

Daha ətraflı məlumatı burdan ala bilərsiniz.