Bakıda saat neçədir?

1126

Bu gecə dünyanın bir çox ölkələrində qış vaxtına keçid baş tutub və saatların əqrəbləri bir saat geri çəkilib. Technote.az olaraq bu məsələyə kiçik bir aydınlıq gətirmək istəyirik.

Qış vaxtına keçidin ləğv olunduğu Azərbaycanda isə mobil qurğular, kompüter və smartfonlarda saatların avtomatik olaraq 1 saat geri çəkilməsi əhalidə çaşqınlıq yaradıb. Belə ki, sosial şəbəkə istifadəçilərinin bu gün səhər saatlarından ən çox yazdıqları statuslar məhz saatın neçə olması ilə bağlıdır.

Məsələ ilə bağlı qeyd etmək istərdik ki, ölkədə olan dəqiq vaxtı tapmaq üçün mobil telefonlarda saat qurşağı bölməsində GMT +4 zolağında yerləşən istənilən şəhəri (Dubay, Tbilisi) seçmək və həmin şəhərdəki saat üzrə uyğunlaşmanı yerinə yetirmək olar. Bu zaman siz dəqiq vaxtı öyrənmiş olacaqsınız.   

Və ya "bu linkdəki" servisə daxil olaraq Azərbaycanda hazırki saatı öyrənə bilər və manual olaraq cihazınızda dəyişdirə bilərsiniz. Məlumat üçün qeyd edək ki, hazırda bizim saatlarımız 13:35-i göstərir. Bu, sizin xəbəri oxuyacağınız saat ilə üst-üstə düşməyə bilər :)