Bakıdakı konsert və tədbirlərə necə onlayn bilet almaq olar?

254

Evinizdən ayrılmadan, internetdə bir neçə keçid edərək, istədiyiniz konsertə, tədbirə bilet əldə etmək istəyirsiniz? O zaman bu məqaləmiz sizin üçündür.

Sosial aktiv həyatı olan və ya olmasını istəyən minlərlə insan var. Lakin onlar çox zaman baş tutmuş tədbirlərdən, konsertlərdən və s. xəbər tutmurlar və ya bilet almağa gecikirlər. Sizə təklif edəcəyimiz servisdən istifadə edərək artıq bu problem sizin üçün keçərsiz olacaqdır.
Kassir.az saytı vasitəsilə artıq evinizdən çıxmadan, internetdən istifadə edərək onlayn bilet sifariş edə biləcək və hətta sizə ən uyğun yeri/masanı seçə biləcəksiniz. 
Kassir.az-da ödənişlər tamamilə onlayn formada aparılır və ödəniş etmək üçün sizə bir neçə üsul təklif olunur. Ödənişi onlayn şəkildə visa, mastercard, albalı kartları və ya portmanat vasitəsilə tam təhlükəsiz reallaşdıra bilərsiniz.
Kassir.az-dan nağdsız ödənişlə əldə etdiyiniz biletlər sizə elektron variantda e-mail ilə göndərilir. Eyni zamanda əlavə istək üzərinə biletlərin çap variantının evinizə və ya ofisinizə pulsuz çatdırılması da mövcuddur. Ətraflı məlumat almaq və xidmətlərdən yararlanmaq üçün Kassir.az rəsmi internet saytına daxil olmalısınız.