main-post-cover

    Balinaların tez-tez suyun səthinə çıxmalarının səbəbi bəlli oldu

    07.05.2017
    Farid Pardashunas

    Balinaların hansı səbəbdən tez-tez su üzünə çıxdıqları məlum oldu.

    Avstraliyanın bir neçə universitetindən olan alimlər müəyyən ediblər ki, donqar balinalar bir-biriləri ilə su səthinə etdikləri zərbələr vasitəsilə ünsiyyət saxlayırlar. Donqar balinalar tez-tez suyun səthinə çıxaraq ona kürəkləri və ya quyruq üzgəcləri ilə zərbələr vururlar. Alimlər balinaların bu hərəkətlərini, onların hansı funksiyalarını yerinə yetirdiklərini öyrənmək üçün müşahidə ediblər. Tədqiqat müddətində 94 qrup balinaların davranışları müşahidə olunub. Müşahidə zamanı onların yanında digər balinaların olub-olmadığı və ətraf mühit nəzərə alınıb. Edilmiş müşahidələrin əsasında alimlər güman ediblər ki, kürəklər və quyruq üzgəcləri ilə suyun səthinə zərbə vurmaq, digər balinalar ilə ünsiyyət saxlamaq vasitəsidir. Bu hərəkətlərin tezliyi, balinalardan ibarət qrupun 4 km-dan aralıda yerləşdikləri zaman aşağı düşür. Alimlərin fikrincə bu ünsiyyət üsulu həmçinin uzaqda olan balinalar qrupu ilə də keçərlidir. Məsələn onların miqrasiyası kimi uzaqda yerləşmələri prosesini misal gətirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər