main-post-cover

    Barack Obamanın istifadə etdiyi yazı fontu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Fontlara mütəxəssis baxışı

    Yazı formaları həyatımıza rəng qatmaqla bərabər, onlara olan diqqət də gözdən qaçmır. Simon Garfield-in yazdığı "Tam Mənim Tipim” adlı kitabında yazı fontlarının(formalarının) tarixindən və ona aid olan hər şey haqda məlumat paylaşılıb.

    Fontların istifadəçinin psixologiyasına təsirini nəzərə alan şirkətlər buna xüsusi önəm verirlər. Məsələn, İKEA firmasının fontunu dəyişməsi cəmiyyət tərəfindən mənfi rəylərə səbəb olmuşdu. Buna başqa misal olaraq, Matthew Carter-in müəllifi olduğu Verdana fontunu misal göstərmək olar. Bu fontun Google və Microsoft tərəfindən seçilməsi onun dünyaca məhşurlaşmasına səbəb olmuş, hətta New Yorker qəzetində dərc olunan xəbərdə "Dünyanın ən çok oxunan adamı” olaraq qeyd olunmuşdu.

    Simon Garfield öz kitabında "Bəzi yazı fontlarının haqqında yazılan hər şey və hər kəs haqda dürüst və ya sadəcə adil olduğu haqda fikir formalaşdırdığını ”yazmışdı. Bu sözləri yazı formalarından biri olan Gotham haqda demək mümkündür. Təsadüfi deyil ki, Barrack Obama da seçimlər zamanı məhz bu fontu istifadə edib.
    Calibri: Kütlə psixologiyasına təsir edən font
    De Groot tərəfindən işlənib hazırlanıb. Böyük bir görüntü təsirinə malik, yumru, elastik olan font olan Calibri-ni Microsoft 2007-də istifadə etməyə başladı. Bu font həm Word-də Times New Roman-ın yerini aldı, həm Outlook, Powerpoint ve Excel üçün standart font olaraq seçildi. Bəzi fontların anlamları ilə tanış olaq:
    Times New Roman:Güvənilən
    Bodoni: Diqqət çəkici

    Garamond: Əzimli

    Baskerville: Ənənəvi

    Helvetica(Apple’ın mobil tətbiq sistemlərində istifadə olunan font): Qlobal;
    Verdana: Təmiz
    ;
    Arial: Modern
    ;
    Century Gothic: Obyektiv;
    Calibri: Stabil
    ; Rockwell: Cəsur
    ; Lucida: heyrətamiz
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər