Barama Hackathon 2017 başladı!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir müddət əvvəl sizlərə elan etdiyimiz Azercell və Paşa Bank-ın baş sponsoru olduğu Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin təşkilatçılığı ilə keçirilən Barama Hackathon 2017-yə bugün saat 09:00 etibarilə start verildi.
10 komandanın iştirakı ilə başlayan Hackathon, 36 saat
davam edəcək və iştirakçı olan mobil developerlər bu vaxt ərzində yatmadan
mobil tətbiqlərini kodlaşdıracaqlar. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 25 aprel tarixində münsiflər heyətinə təqdim olunacaq və ilk üç yerin qalibləri Music Gallery, Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. "Barama Hackathon 2017”layihəsinin əsas
məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və
bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait
yaratmaqdır. Bununla yanaşıkeçirildiyi müddət ərzində müxtəlif proqramların
və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində
biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin
əsas məqsədlərindəndir.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə"Özsut”restoranlar şəbəkəsi təmin edəcək. Tədbirin Media dəstəyi isə "Technote.az" portalına məxsusdur.
Bütün iştirakçılara uğurlar arzu edirik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ