main-post-cover

    Barama İnkubasiya Proqramına qəbul olan 5 startapın adı məlum oldu

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir neçə həftə əvvəl Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən elan olunan İnkubasiya Proqramına qəbul olunan startapların adları məlum olub. 40-dan çox startapın müraciət etdiyi bu proqramda yalnız 15 komanda birinci mərhələdən keçməyi bacarmışdı. 2-ci və həlledici olan mərhələdə isə seçilmiş startaplar münsiflər önündə öz təqdimatlarını həyata keçiriblər. Startapların dəyərləndirilmələri zamanı aşağıda adları qeyd olunan 5 komandanın 6 aylıq Barama İnkubasiya Proqramında iştirakı təsdiqlənib.

    1. TechSOS - Xəstə və yıxılma potensialı olan insanların yaxınları tərəfindən izlənilməsini təmin etmək üçün hazırlanan cihaz və proqram təminatıdır. Bu cihaz potensial yıxılma riskini daşıyan insanların üzərinə yerləşdirilir və yıxılma hadisəsi baş verən zaman həmin şəxsi izləyən ailə üzvlərinin smartfonuna bu barədə bildiriş gedir.

    2. Pechkin - Platforma olaraq xaricə səfər edən və xaricdən ölkəyə gələn insanlarla, həmin istiqamətdə müəyyən bağlama, dərman, sənəd və bu qəbildən olan digər əşyaları göndərmək istəyən adamları bir araya gətirən platformadır. Bu platforma vasitəsilə insanlar poçt xidmətindən daha ucuz və sürətli bir şəkildə müəyyən istiqamətə səfər edən insanlara çatdırılması lazım olan bağlamanı həvalə edirlər və bunun qarşılığında səyahət edən şəxsə müəyyən ödəniş olunur. Ödənişlər isə tələb-təklif və razılaşmalar əsasında tənzimlənir.

    3. Wishal - Bütün dünya üzərindən müəyyən arzulara malik insanları bir araya gətirən sosial şəbəkədir. Bu sosial şəbəkə vasitəsilə insanlar öz profillərində yaşadıqları müddət ərzində həyatda etmək istədikləri arzuları qeyd edirlər. Bu zaman onlarla ortaq arzulara malik olan insanlarla tanış olub, həmin arzularını reallaşdırmaq uğrunda çalışırlar. Platformada insanlarla yanaşı arzuları reallaşdıracaq şirkətlər də qeydiyyatdan keçir. Bunun vasitəsilə şirkətlər insanların arzularına uyğun olan xidmətlərini sata bilirlər.

    4. CarCare - Avtomobillərin ehtiyyat hissələrinin satışını, servisini həyata keçirən və bu xidmətlərə ehtiyacı olanları bir araya gətirən "marketplace" əsaslı tətbiqdir. Bu tətbiqddən istifadə edən müştəri yaxında yerləşən servisləri, ustaları tanıya, onlara maşınları həvalə edə və real zamanda maşınların təmir statusları ilə tanış ola bilərlər.

    5. WorkPape - Avropa-dan hamımıza yaxşı tanış olan virtual ofis xidmətini Azərbaycana gətirməyi planlaşdıran layihə, Azərbaycanda bir sıra yerli və xarici şirkətlərin ofislərini virtual olaraq yaratmağı planlaşdırır. Belə ki, virtual ofis əldə edən şirkətlər aylıq müəyyən xidmət haqqı qarşılığında şirkətin bütün ofis, hüquq, mühasibat və s. işlərini 2-ci bir şirkətə həvalə edirlər.
    Qeyd olunan hər bir layihə 2017-ci il yanvar ayından etibarən inkubasiya proqramında iştirak edəcəklər. 6 ay davam edəcək proqramın sonunda ən yaxşı məhsulu ortaya çıxaran startap 12-15 iyun tarixlərində Londonda baş tutacaq "London Tech Week" tədbirində iştirak edəcək.

    İnkubasiya Proqramında layihələr təmin olunacaqlar:
     
    ·      7/24 saat fəaliyyətdə olan innovativ ofis
    ·      AZERCELL və PAŞA Bankın dəstəyi
    ·      Masterklasslar (hər ay təşkil olunan təlimlər)
    ·      Networkinq tədbirləri və networkinqin genişlənməsi imkanı
    ·      Layihələr üçün online kursların təşkil olunması
    ·      Helpdesk (Ödənişsiz konsultasiyalar)
    ·      Limitsiz internet, çay, kofe, avadanlıq təchizatı
     
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər