Barama İnnovasiya və Sahibkarlıq mərkəzi yeni layihələr üçün inkubasiya proqramı elan edir

1097

Barama İnnovasiya və Sahibkarlıq mərkəzində  yeni layihələrin seçim mərhələsinə start verilib.

6 ay müddətində davam edəcək inkubasiya proqramına, 5 komanda seçiləcək. İnkubasiya proqramın sonunda təşkil olunacaq yekun təqdimatdan sonra qalib komanda 13-14 İyun 2017  tarixlərində baş tutacaq "The Lean StartUp Summit London 2017” tədbirində iştirak imkanını əldə edəcək.

Bununla yanaşı İnkubasiya proqramına seçiləcək komandalar aşağıdakı fürsətlərdən yararlanacaq.

·      7/24 saat fəaliyyətdə olan innovativ ofis

·      Azercell və PASHABank-ın dəstəyi

·      Masterklasslar (hər ay təşkil olunan təlimlər)

·      Networkinq tədbirləri və networkinqin genişlənməsi imkanı

·      Layihələr üçün online kursların təşkil olunması

·      Helpdesk (Ödənişsiz konsultasiyalar)

·      Limitsiz internet, çay, kofe, avadanlıq təchizatı

 

Layihələr üçün tələblər:

·      Komandanın ən azı 3 nəfərdən ibarət olması

·      İdeyanın innovativ olması

·      Komanda iştirakçılarından ən azı bir nəfərin layihə üzərində full-time işləyə bilməsi

·      İdeyanın qlobal bazar üçün düşünülməsi

·      Ən azı bir komanda üzvünün səlis ingilis dili və təqdimat bacarıqlarının olması

 

Layihələrinizi online şəkildə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəsmi veb səhifəsində qeydiyyatdan keçirə bilərsiniz.

Layihələrin qəbulu üçün son tarix 20 oktyabrdır.

Qaydalar:

İnkubasiya proqramına seçim prosesi 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr biz tərəfdən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunacaq. İkinci mərhələdə isə komandalar öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Sonda ikinci seçim mərhələsindən də keçmiş 5 komandanın adı açıqlanacaq və həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər. 

Barama İnnovasiya Mərkəzinin ofis şəraiti ilə buradan tanış ola bilərsiniz.