Barattson şirkəti ilə Sumaks şirkəti arasında Birgə Əməkdaşlığa dair Memorandum imzalanmışdır.

425

Barattson şirkətinin baş ofisində keçirilən tədbiri açıq elan edən Barattson şirkətinin direktoru Elşən Rəhimov rəhbərlik etdiyi şirkət haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. Qeyd etdi ki, Barattson şirkəti nəzdində fəaliyyət göstərən Biznes və Maliyyə, Texnologiya və Mühəndislik məktəblərində təhsil alan gəncələrin kadr kimi hazırlanmaları üçün tədris müddətində yalnız nəzəriyyə deyil həmçinin, onlara istehsalat təcrübəsinin aşılanması şirkətin tədris strategiyasının ayrılmaz hissəsidir. Bunu nəzərə alaraq Barattson şirkətinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Sumaks şirkəti ilə Barattsonda təhsil alan gənclərin təcrübəyə cəlb olunması, eyni zamanda bu gənclərin Sumaksın gələcək layihələrində iştirakının təmin edilməsini ilə bağlı əməkdaşlıq Memorandumu imzaladığını bildirdi.

Sonra Sumaks şirkətinin rəhbəri Cavid Məmmədov çıxış edərək Sumaks haqqında məlumat verdi. Sumaks şirkətinin startap layihədən məhsul istehsal edən şirkətə çevrilməsinə qədər keçdiyi yoldan bəhs etdi. C. Məmmədov bildirdi ki, bu əməkdaşlıq tərəflərə və nəticədə ölkəmizə faydalı olacaq.

Memorandumun qüvvədə olacağı bir il ərzində ölkədəki biznes və texnologiya sahələrində Barattson tələbələrindən ibarət yaradılacaq komandalarla birgə araşdırmaların aparılması, problemlərin aşkarlanaraq innovativ ideyalar kimi Sumaks şirkətinə təqdim olunması nəzərdə tutulub. Bununla da konkret hədəflərə istiqamətlənmiş məhsulların yaradılması planlaşdırılır. "Sumaks şirkəti olaraq biz gənclərin biznes və texnologiya sahələrində təcrübə keçməsi və nəticədə həm onların, həm də bütövlükdə bu sahələrin inkişaf etdirməsində hər zaman dəstək göstərməyə hazırıq. Əminik ki, bu əməkdaşlıq qısa zamanda öz müsbət nəticələrini göstərəcək.”

Tədbirdə çıxış edən Barattson şirkətinin əməliyyatlar üzrə direktoru Zeynal Zeynalov Barattson şirkətinin informasiya texnologiyalarına dair inkişaf strategiyasına toxunaraq bu sektorun ölkəmizin iqtisadi inkişafı baxımından əhəmiyyətini vurğuladı. Sumaks şirkəti ilə belə bir sənədin imzalanmasından məmnun olduğunu bildirdi.

Daha sonra Sumaks və Barattson şirkətləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirdə Barattson və Sumaks şirkətlərinin nümayəndələri ilə birlikdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nümayəndələri də iştirak etmişdir.