main-post-cover

    "Başınızdan tüstü çıxaracaq" yeni yerli oyunumuz "Memory Limit"

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hamımıza yaxşı tanış olan və dünyada təxminən 5.000.000-a yaxın yüklənən, "Tor.az" studiyası istehsalı olan "Fatal Fight - Beat Them Up" oyunun yaradıcıları bu dəfə "action" janrından kənara çıxaraq "puzzle" və bir qədər beyninizi sınağa çəkəcək bir janrda yeni oyunlarını təqdim ediblər.

    "Memory Limit" adı verilən bu yeni oyun "Tor.az" studiyasının sayca 5-ci oynudur. 


    Oyun digər "puzzle" janrında olan oyunlardan fərqli olaraq daha çətin bir missiyaya sahibdir. Belə ki, oyunda sizə müəyyən qaydalar təyin olunur. Ekranda açılan 16 xanada müəyyən personaj və fiqurlar qarşınıza çıxır. Hər mərhələdə yeni qaydaya əsasən, sizdən istənilən xanaları yaxud fiqurları seçməyiniz tələb olunur.


    Mərhələni tamamladıqdan sonra növbəti mərhələdə sizi yeni qayda gözləyir və siz həmin qaydaya əməl etməlisiniz. Oyunu maraqlı edən və yaddaş üçün faydalı olan hissəsi isə, hər mərhələ adladıqca, əvvəl ki, mərhələdə tələb olunan qaydanı da hazırda oynadığınız mərhələdə tətbiq etməyinizdir.

    Məsələn: Oyunun 1-ci mərhələsində sizdən istənilən ardıcılıqla xanaları seçməyiniz qaydası tələb olunur. Siz bu qaydaya əməl edib, ikinci mərhələyə adlayırsınız. 2-ci mərhələdə "mavi rəngli qadın zombi" şəkili olan xanaları seçməyiniz tələb olur. Siz bu qaydaya əməl edirsiniz və növbəti mərhələyə keçmək üçün, 1-ci mərhələdə də tələb olunan qaydaya əməl etməyiniz lazım olur. Yəni siz 2-ci mərhələdə həm 2-ci mərhəlinin həm də 1-ci mərhələnin qaydasına əməl etmiş olursunuz və yalnız bu halda növbəti mərhələyə keçid edirsiniz. Eyni qayda ilə bütün mərhələlərdə əvvəl ki, mərhələlərdə tələb olunan qaydala əməl etməyiniz lazım gəlir. Bu isə oyunu çətinləşdirən və yaddaş tələb edən ən əsas amildir. Buradan da aydın olur ki, siz hər dəfə mərhələ adladıqca öz işinizi çətinləşdirirsiniz. Bu qədər yazını oxumaqdansa məsləhətdir ki, oyunu yükləyib bir də özünüz sınayasınız və nəticələrinizi də bizimlə Facebook-da bölüşməyi unutmayın.
     
    Oyunu Android platforması üçün pulsuz olaraq buradan yükləyə bilərsiniz. Qeyd edək ki, oyun həmyerlimiz Toğrul Səməd-in rəhbərlik etdiyi komanda tərəfindən hazırlanıb.
    Linki kopyala