main-post-cover

    Başqa bir yerdə işləyərkən öz işinizi necə qura bilərsiniz?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Yeni bir iş qura bilmək üçün mütləq işinizdən ayrılmalı olduğunuzu düşünürsünüz? Bəlkə də hardasa on-iyirmi il əvvəl bunun keçərli olduğunu düşünə bilərdik, ancaq artıq şərtlər və imkanlar çox dəyişib. Bugün əlavə iş kimi başlayan birçox cəhd, böyük şirkətlərə çevrilə bilir.

    Əlavə iş olaraq başlayın və etdiyiniz işi heçvaxt küçümsəməyin

    Əlavə iş dedikdə təbii ki nəzərdə tutduğumuz şey, kataloqdan təmizlik məhsulları ya da kosmetika məhsulları satmaq, Tiens və  digər fırıldaqçı şəbəkə marketinqi şirkətlərin əlavə iş təkliflərinə aldanmaq deyil. Orjinal olaraq hazırladığınız və  ya sıfırdan başladığınız və sadəcə sizə aid olan birşeyi nəzərdə tuturuq. Əgər əmək sərf etsəniz və ağıllı planlar qursanız, uğur sizi gözləyir. 
    Təbii ki təkrar etməkdə fayda var. Burada bu işə verdiyiniz dəyər çox mühümdür. Kənarda qalsın, bəlkə öz-özünə böyüyər deyə bir şey yoxdur. Məhsulunuzun böyüməsini istəyirsinizsə, onu sulamağı, gübrələməyi, ətrafındakı yabanı otları təmizləməyi bilməlisiniz. 

    Bəs əlavə iş olaraq atdığınız addımlar sizə necə fayda göstərəcək?

    Təşəbbüskarlıq: Əlavə iş, iş gücünüzü test etməyiniz üçün vacib bir fürsətdir. Maaşlı işiniz ilə özünüzü sığortalayarkən, bir tərəfdən iş idarə etmə qabiliyyətinizi gücləndirə bilərsiniz.
    Professionallıq: Əlavə iş görmək sizin yaradıcı kimliyinizi və təşəbbüskarlığınızı üzə çıxardır. Tanış olduğunuz şəxslərlə, iş yoldaşlarınızla yeni bir təcrübə paylaşmağınızı şərait yaradır. Etibarınızı artırır.
    Sosial təsir: Yeni iş bağlantıları, sizə yeni mühitlərin qapılarını açar. Daha əvvəllər əlçatmaz görünən şirkətlərin qapıları bir anda açıla bilər. Bu, düşüncə formanızı, idealogiyanızı gücləndirər.
    Emosional təsir: Özünüzün inşa etdiyiniz bir işdə uğur qazanmaq, sizi olduqca xoşbəxt edər. Seltz-in etdiyi bir araşdırmaya görə öz əlavə işini quran insanlar, digər insanlara görə daha xoşbəxt olurlar.

    Microsoft NYT-nin sponsorluq etdiyi, yazıçı Steven Johnson tərəfindən aparılan bir araşdırmada, əlavə iş görmənin sadəcə idarəçiliyi deyil, yaradıcılığı və yenilikçi düşüncəni də yüksəltdiyi ortaya çıxdı. 
    Y generasiyasının 55%-i iş yerlərinə olan yadlıq hissindən bəhs etmişdirlər. Bu da onların işlərinə çox bağlı olmadıqlarını göstərir. Olduqca ciddi bir çoxluğ da işlərinin sıxıcı olduğunu qeyd edirlər.
    Yəni bu Y generasiyasının istehsal etməsi və kəşf etməsi lazımdır. Bu səbəbdən, əlavə iş mədəniyyətini hazırlamaq şərtdir. Yeni bir dəftər açmaq, köhnə moda idi. Artıq dəftərin yanında gözəl bir not dəftəri tutmağın uğur dərəcəsi daha yüksəkdir.


    Bəs bunu necə edə bilərsiz?

    Vizyon seçin
    Uğur üçün necə bir həyat yaşamaq istədiyinizi seçməlisiniz. Gəzmək mi istəyirsiniz? Evdə oturub uşaqlarınızla vaxt mı keçirmək istəyirsiniz? Daha çox boş vaxta mı ehtiyacınız var? Sevdiyiniz şeyin üzərində dayanmadan işləmək mi sizə daha xoş təsir bağışlayardı? Siz qərar verin, sonra isə yola davam edin.
    İşinizə bağlı və işinizlə maraqlanan olun
    Hərkəs doğuşdan tutğulu və maraqlanan olmaya bilər amma bu heç olmayacağınız mənasına gəlməz. Deyək ki sosial mediadan xoşlanmırsınız, ancaq siosial media, işinizi böyütməkdə sizə çox faydalı olacaq bir sahədir. Öyrənin, yeni yollar düşünün. Bilmədən, kəsib atmayın. Bütün sahələri bu cür araşdırın. Öyrəndikdən sonra istəmədiklərinizi azaldarsınız, ancaq ilk əvvəl öyrənməlisiniz. 
    Maraq dairənizi kəşfedin
    Yoxlayın, test edin, ölçün. Sevdiklərinizi, nifrət etdiklərinizi dəqiqləşdirin. Bu kəşf, artıqları azaldacaq, diqqətinizi gücləndirəcək.
    İstiqamətinizi tapdınız? Düşüncələrini kağıza tökün. Məhsullar yaradın. Sınamaq üçün ətrafınızdakılara fikrinizi açın, maraqlanıb maraqlanmadıqlarını ölçün. Fərqli insan tipləri ilə bunu təkrarlayın.

    Nə istədiyinizi tapdınız? İndi özünüzü buna həsr etmək zamanıdır!
    Televizoru söndürün. Sosial mediada 90 dəqiqədən artıq vaxt sərf etməyin. E-poçt hesablarınızı yoxlayın. 
    Təşəbbüskarlıq, bilinən yolları izləmək deyil, yeni yollar inşa etməkdir. Bilinənləri bir kənara atın, özünüzə inanın.
    Linki kopyala