main-post-cover

    Battlefield 1-i, 3-6 Mart tarixlərində pulsuz oynamaq olacaq

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Battlefield 1-i hələ oynamamış, lakin maraqlananlar varsa bu fürsəti qaçırmasın.

    Ötən ay "EA” və DICE, 'They Shall Not Pass' adını verdikləri yeni Battlefield 1 DLC paketi açıqlanmış və paketin Mart ayında təqdim ediləcəyi bildirilmişdi. Bu gün isə həm 3 yeni 'expansion' paketinin çıxacağını, həm də bu həftəsonu üçün oyunun Xbox One, PCPS4 oyunçularına xüsusi olaraq pulsuz təqdim ediləcəyini bildirildi. Xbox One, PS4, PC oyunçuları, bu həftəsonu yəni 3 və 5 Mart tarixləri arasında oyunun Singleplayer və Multiplayer rejimini pulsuz olaraq istifadə edə biləcəklər. Xbox One oyunçuları, oyunu pulsuz oynamaq üçün Xbox Live Gold üzvlüyünə sahib olmalıdırlar. Xbox Live Gold üzvləri, pulsuz oyun günləri daxilində Battlefield 1-i yükləyə biləcəklər. PC oyunçuları isə Battlefield 1-i, Origin demo versiyası daxilində oyunu yükləyə biləcəklər . Xbox One oyunçuları, oyunun bütün modlarına pulsuz giriş edə biləcəklər ancaq PC oyunçuları üçün bu vəziyyət singleplayer rejimindəki Müharibə Hekayələri bölməsinin ilk ikisində, multiplayer rejimində isə 5 xəritədəki 4 rejimdə etibarlı olacaq. Oyun, 3 Mart axşamından 6 Mart axşamına qədər yükləməyə və pulsuz oynamağa açıq olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər