Battlefront, Battlefield 4, Need for Speed, Fida 16 kimi oyunları 1 həftə ərzində ödənişsiz oynayın!

08.05.2017 0 PAYLAŞIM 6046 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Origin-in aylıq ödəmə ilə ödənişsiz oyun oynaya biləcəyiniz xidməti olan Origin Access, bir həftə ərzində ödənişsiz oldu!

Hər nə qədər PC oyunlarının ən çox ziyarət edilən mağazası Steam olsa da EA-nın online mağazası olan Origin da FİFA, Battlefield, Star Wars kimi oyunlar üçün böyük əhəmiyət daşıyır. Aylıq ödəmə sistemli versiyası olan Origin Access sınaq məqsədli qısa bir müddət üçün istifadəçilərinə bir həftəlik ödənişsiz xidmət verəcək.


Bu bir həftə ərzində 60 oyunu ödənişsiz olaraq oynaya biləcəyiniz bu təcrübə ilə eyni zamanda Origin-dakı bütün oyun və DLC paketləri üçün də 10% endirim qazanacaqsınız. Sadəcə PC və Windows istifadəçiləri üçün etibarlı olan bu sistemdə Origin üzvlüyünüz varsa daxil olub bir həftəlik Origin Access hədiyənizi aktiv etməyiniz lazımdır.

Hansı oyunlar bir həftəlik ödənişsiz olacaq deyə soruşsanız aşağıdakı ən populyar nümunələrə baxa bilər və ya, buradan bütün oyunlara baxa bilərsiz.


Origin Access-in əsas oyunları.

Star Wars: Battlefront
Mirror’s Edge: Catalyst
Mass Effect 3 (N7 Digital Deluxe)
FIFA 16
Battlefield 4 (Premium)
Need for Speed (Deluxe)
Crysis 3 (Digital Deluxe)
Battlefield Hardline (Ultimate)
Titanfall (Deluxe)
This War of Mine
Dead Space 3

Dragon Age: Inquisition (Digital Deluxe)


Əgər siz də bu fürsəti qaçırtmadan bir həftə ərzində Origin Access oyunlarını ödənişsiz və tam versiya olaraq oynamaq istəyirsinizsə buradan əldə edə bilərsiniz.