main-post-cover

    Bayram işıqları kosmosdan necə görünür? (VİDEO)

    07.05.2017
    Farid Pardashunas

    NASA mütəxəssisləri neçə il bundan öncə Yer kürəsinin orbitinə buraxılmış Suomi NPR peykinin çəkdiyi bayram işıqlarının fotolarını təqdim edib.

    Bu peyk vasitəsilə NASA, son illərdə dünya üzrə 70 ölkənin sərf etdiyi enerji miqdarını müşahidə edib. Fotolardakı yaşıl nöqtələr işıqlığı 50% olan yerlərdir. Sarı rənglə böyük şəhərlər, yaşıl rənglə şəhərkənarı yerlər qeyd olunmuşdur. "Technote.az”ın "NASA”a istinadən verdiyi xəbərə əsasən alimlər qeyd ediblər ki, bayram günlərində işıqların parlaqlığı artır. Məsələn Milad bayramı ilə Yeni il bayramı arasındakı günlərdə ABŞ-ın şəhərkənarı ərazilərinin işıqları 20-50% artır. Lakin mərkəzi şəhərlərdə bu göstərici yalnız 30% olur. Yaxın Şərqdə işıqlandırmanın güclənməsi Ramazan bayramı ərəfıəsində müşahidə olunur. Bu dövrdə Səudiyyə Ərəbistan ərazisindəki şəhərlərin işıqlandırılması 60-100% artır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər