main-post-cover

    BeatsX naqilsiz qulaqlıqı nəhayətki satışa çıxır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    AirPods yerinə yenə Apple istehsalı və W1 çipinə sahib bir alternativ axtarırsınızsa BeatsX naqilsiz qulaqlıqları çox yaxın zamanda bazara çıxacaq. 

    Apple tərəfindən sentyabr ayında iPhone 7 ağıllı telefonlarının və AirPods naqilsiz qulaqlıqların təqdim edildiyi mərasimdə eyni zamanda BeatsX naqilsiz qulaqlıqları da təqdim edilmişdi. Yanvar ayında bazara satışa çıxçması gözlənilən BeatsX, nəhayətki bir aylıq gecikmənin ardınan istifadəçilərə təqdim olunacaq.
    2014-cü ildən bu yana Apple-ın tərkibində əməliyyatlarını davam etdirən Beats, BeatsX naqilsiz qulaqlıq modelinin 10 fevral tarixində bazara satışa çıxaracağını açıqladı. Məhsul ilk olaraq ABŞ bazarında satışa çıxacağı təxmin edilir. İlk olaraq qara və ağ rəng variantları ilə çıxacaq olan BeatsX-lər daha sonra isə mavi və boz ilə birlikdə iki rəng variantı daha təqdim edəcək. Apple-ın online və pərakəndə mağazaları ilə yanaşı, səlahiyyətli satıcılarında da rəflərə çıxacaq olan məhsulun 150 dollarlıq qiymət etiketi olacaq.

    BeatsX naqilsiz qulaqlıqların, AirPods modellərində də istifadə olunan Apple W1 çipi ilə hazırlandığını da bildirmək lazımdır. Bunun sayəsində iPhone, iPad, Apple Watch və Mac-lər ilə problemiz bir şəkildə əlaqə qura bilən qulaqlıqlar 8 saatlıq batareya ömrü təmin edir. Əlavə olaraq, Fast Fuel adı verilən şarj texnologiyası ilə 5 dəqiqəlik şarj, istifadəçisinə 2 saatlıq istifadə təmin edə bilir.
    Tamamilə naqilsiz olan AirPods ilə müqayisə etmiş olsaq, BeatsX modelində iki qualqlıq arasında bir naqil əlaqəsi mövcuddur. Flex Form boyun bantı adı verilən bu dizayn, xüsusu ilə AirPods qulaqlıqları çıxarıldığında hara qoyacağını və itmə ehtimalını düşünənlər üçün BeatsX-i üstün bir seçim halına çevirir. Əlavə olaraq, qulaqlıqların maqnetik olaraq sanki bir birlərinə yapışdığını və boynunuzdan düşməsinin olduqca çətin olduğunu da bildirmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər