Bədən İstiliyi ilə şarj dövrü!

236

Şimali Kaliforniya Universiteti tədqiqatçılarından ibarət bir komandanın hazırladığı üsul, bədəninizə yerləşdiriləcək termoelektrik generatorları vasitəsi ilə cihaz batareyanızı dolduracaq.

Texnologiya şirkətlərinin diqqətləri üzərinə çəkən batareya texnologiyaları hər keçən gün inkişaf etməkdə davam edir. Cihazlarda daha əlverişli bir batareya həlli yaratmaq məqsədində olan şirkətlər, cihaz batareyalarında fərqli detalları istifadə yoluna gedir. Şimali Kaliforniya Universiteti tədqiqatçıları isə batareya probleminə fərqli bir həll üsulu irəli sürüblər. Bədən istiliyiniz telefonunuzun batareyasını dolduracaq. "Technote.az", "Android Headlines"a istinadən xəbər verir ki, Şimali Kaliforniya Universitetinin Elektrik və Kompüter Mühəndisliyi üzrə Professoru Daryuş Vaşayinin rəhbərliyindəki komanda, geyiləbilən texnologiyalar çərçivəsində, bədən istiliyini istifadə edən bir həll üsulu meydana gətirdilər. 

İstifadəçilərin bədənlərinə yerləşdiriləcək termoelektrik generatorlar (TEGs) bədən istiliyindən maksimum dərəcədə faydalanaraq, elektrikli cihaz batareyasına enerji ötürə biləcək.
Olduqca yüngül olduğundan, rahatlıqla geyinilə bilən texnologiya məhsulu formasındakı bu üsul, 20 µW/cm2 olan istilik qəbul edicilərinin gücündən 20 qata qədər daha çox enerji istehsal etməyə kömək edəcək.

Polimer, bir təbəqənin üzərinə yerləşdiriləcək termal məmulat bədən istiliyini mühafizə edərək, enerjinin cihaz batareyasına yönləndirilməsinə kömək edəcək. 2 mm qalınlığında olduqca elastik olacaq məmulatlar, hələki ağıllı telefon, planşet kimi böyük cihazlara enerji doldurma həcmində olmayacaq. Tədqiqatçılar həllin, cihazların güc istifadəsini yavaşlatmaq məqsədi ilə xidmət verəbiləcəyini dilə gətirirlər.