main-post-cover

    Belçikalı startap, Bill Gates-dən 12 milyon dollar investisiya aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Melinda və Bill Gates-in fondu, inkişafda olan ölkələr üçün dərman istehsalı startapına investisiya yatırıblar.

    Bir neçə gün bundan öncə "Univercells” adlı bio-tex şirkət, "Bill and Melinda Gates Foundationfondu tərəfindən 12 milyon dollar dəyərində investisiya aldı. Sözügedən şirkət, kiçik biotexnoloji istehsalat üçün cihazların hazırlanması ilə məşğul olur. Şirkətin əsas hədəfi, dərman istehsalını ucuzlaşdırmaq və dərmanların, inkişafda olan ölkələr üçün əlçatan olmasını təmin etməkdir. Startap 2013-cü ildə təsis edilib. İstehsalat platformasının inkişafı üçün "Univercells”, Hollandiyanın "Batavia Biosciences” və Kanadanın "Natrix Separations” şirkətləri ilə ortaq konsorsiuma birləşəcək. Birlikdə onlar, poliomielit xəstəliyi üçün deaktiv olunmuş dərmanların mikroistehsalı ilə məşğul olacaqlar. Güman olunur ki, bu üsulla hər birinin qiyməti 0.15$ olacaq 40 milyon dərman dozası istehsal olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər