Belinizdəki arzuolunmaz tüklər sizi narahat edir? Elə isə Bakblade 2.0-ı almağa tələsin

386

Indiegogo platformasında Bakblade 2.0 adlı bel təraş cihazının uğurlu vəsait toplanma kampaniyasını başa vurub.

Cihaz, 437.000$ vəsait yığaraq tələb olunan vəsaitdən 633% daha çox toplayıb. Bakblade 2.0, üzən başlıqlı ülgücün böyüdülmüş versiyasına və S formalı tutacağa sahibdir. Cihaz, xüsusi dəyişilə bilən, patentləşdirilmiş, çox iti və eyni zamanda təhlükəsiz dryGlide ülgüclərindən istifadə edir. Cihaz yaradıcılarının bildirdiklərinə görə insanın bel hissəsində olan tüklər daha qalın olduöundan onların təraş olunması daha çətindir. Onların sözlərinə görə Bakblade, bel hissədən tüklərin təraş olunmasını asan və rahat edir. İki ədəd dəyişilə bilən iti ülgüclü Bakblade 2.0-ı 29$ qiymətinə (hal-hazırda 17%-lik endirim var) sifariş etmək olar. Gələn ilin Fevral ayında kütləvi satışa çıxandan sonra cihazın qiyməti 35$ təşkil edəcək.