Bermud Üçbucağının sirri ortaya çıxdı!

1270

Bermud Üçbucağı haqda xəbərlər hər zaman insanların marağına səbəb olmuşdur. Təəssüf ki, Bermud Üçbucağı haqda xəbərlər heç də ürəkaçan məlumatlar olmayıb. Belə ki, bu ərazidə baş verən bədbəxt hadisələrə görə buranı Şeytan Üçbucağı da adlandırırlar. Bir çox araşdırmaçılar bu ərazidə baş verən bədbəxt hadisələrin mənbəyini tapmağa çalışsa da buna nail ola bilməyib. Uzun illərdən sonra Science Channel bu vəziyyətə səbəb olan hadisə ilə bağlı ilkin məlumat yayımlayıb. Onların verdiyi məlumata görə bu sirrin bir hissəsi ortaya çıxıb. Belə ki, Kolorado Universitetindən bir qrup alim, ərazidəki hava şərtlərini və yenə bu bölgədə ortaya çıxan altıbucaqlı buludları araşdıraraq müəyyən nəticə əldə ediblər.

 

Verilən məlumata görə bu ərazidə çox güclü hava axını mövcud olduğu üçün külək asanlıqla saatda 274 km sürətə çata bilir. Belə hava şəraiti havanın "partlamasına” səbəb olur və nəticədə 14 metrdən yüksək dalğalar ortaya çıxır. Belə olan halda isə hər hansı gəminin və ya təyyarənin buna müqavimət göstərməsi mümkün deyil. Əslində bu araşdırma nəticəsində ortaya çıxan altıbucaqlı buludlar heç də normal hal sayılmır. Amma bu yeniliyin gələcəkdə Şeytan Üçbucağının sirrinin ortaya çıxmasında vacib rol oynayacağı şərait yaradacağı istisna olunmur.
1945-dən bu günədək bölgədə 75 təyyarə və gəmi yoxa çıxıb. Sonuncu dəfə analoji hal 2015-ci ildə El Faro adlı yükdaşıma gəmisi ilə baş verib.

Mənbə: SosyalMedya.Co