Beyonce, paylaşdığı şəkillə sadəcə 12 saatda Instagramın indiyə qədərki bəyənmə rekordunu qırdı!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Dünyanın Instagramda ən çox izlənilən ilk üç nəfəri arasında olan Beyonce, 14 saat əvvəl paylaşdığı şəkillə yeni like rekorduna imza atdı!
Beyonce, dünən paylaşdığı şəkil ilə pərəstişkarlarına
böyük bir sürpriz etdi. Əkiz uşaq gözləyən Beyonce, bunu çəkdiyi xoş bir şəkillə
elan etmiş oldu. Bu paylaşım, əlavə olaraq özünü qırılması çətin bir rekordun
da sahibi etdi.
Sadəcə 12 saatda 7 milyonu keçən bəyənmə sayına sahib
olan şəkil, Instagramda bütün zamanların da ən çox bəyənilən şəkili oldu.
Xatırlayırsınızsa keçən ilin sonunda ən çox bəyənmə alan şəkil siyahımızın ilk
sırasında Selena Gomez yer alırdı. Müğənninin hazırda 8 milyona yaxın bəyənmə
sayına sahib şəkili, bu saya 31 həftə kimi bir müddətə çatmışdı. Zənnimcə,
Beyonce-un şəkilinin ən gec 24 saat içərisində 10 milyon bəyənməni keçəcək.
Buradan, məşhur müğənninin Instagramdakı bəyənmə
rekordunu qıran paylaşımına daxil ola bilərsiniz.
//Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!