Bill Gates-ə görə 2016-cı ilin ən yaxşı 5 kitabı

08.05.2017 0 PAYLAŞIM 5498 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Bill Gates il ərzində təkcə 50 kitab oxumaqla yetinmir, həmdə oxuduqlarının siyahısını tərtib etməyə belə vaxt tapır. Son illərdə Bill Gates, xoşuna gəldiyi kitabların siyahısını öz blogunda qeyd etmişdir. Beləliklə 2016-cı il artıq sona çatır və bu ilki siyahını təqdim etməyin vaxtıdır. Əgər siz 2017-ci ildə bir qədər də bilik qazanmaq istəyirsinizsə onda bu kitabları öz siyahınıza əlavə edə bilərsiniz.

David Foster. "String Theory”

Xeyr. Bu kitabda söhbət hamıya fizikadan məlum olan strun nəzəriyyəsindən getmir. Bu kitab David Foster-in son zamanlar sevdiyi oyun olan tennis haqqında esselər silsiləsidir. Gates qeyd edir ki, bəzi professional işlərdən sonra o, idmana qayıtmağa çalışır. "Əgər siz indiyənə kimi tennisə baxmayıb və onunla məşğul olmamısınızsa belə bu kitab sizin xoşunuza gələcək” – deyə Bill Gates bildirib.

Phil Knight. "Shoe Dog”

Bu ilin Aprel ayında "Nike şirkətinin təsisçilərindən biri olan Knight, ilk dəfə olaraq məşhur ayaqqabı brendinin tarixi haqqında danışmışdır. Gates-in fikrincə bu kitab, uğura aparan yolun düz olmadığı fikrini çox yaxşı təsvir edən kitablardan biridir. Çox güman ki, bu yol, fikir ayrılığı, uğursuzluqlarla və məyusluqla zəngindir. "Mən bir neçə dəfə Knight ilə görüşmüşəm. O ünsiyyətdə xoşxasiyyətli insandır. Lakin bununla yanaşı çox sakit və özünə qapanandır. Bu kitabda isə Knight, az rəhbərin bacardığı kimi öz istedadını ortaya qoya bilib” – deyə Gates bildirmişdir.

Sıddhartha Mukherjee. "The Gene”

Genom üzrə elmi, çətin ki, məşhur mövzu adlandırmaq olar. Lakin Gates-in sözlərinə görə Mukherjee, genomun bizim gündəlik həyatımızla necə sıx bağlı olduöunu çox yaxşı təsvir edib. Öz kitabında o, şəxsiyyətin nə olduğu və bizi biz olaraq edən xüsusiyyətlər kimi suallara cavab axtarır. "Mukherjee bu kitabı geniş auditoriya üçün yazmışdır. Çünki o bilirdi ki, yeni genom texnologiyaları bizim həyatımıza bilavasitə təsir edəcək” – deyə Gates bildirib.

Archie Brown. "The Myth of the Strong Leader”

İki il bundan öncə Oksforddan olan politoloq Archie Brown belə bir nəzəriyyə irəli sürmüşdü ki, dünya tarixində olmuş məşhur liderlər əslində göründükləri kimi heçdə "bərkgedən”olmayıblar. Onların hamısı "güclü liderolmayıblar. Franklin Roosevelt və Nelson Mandella kimi insanlar daha ədəbli gücə sahib idilər. Yəni diplomatik bacarıqlar və öhdəlikləri paylama qabiliyyəti. Gates düşünür ki, Donald Trump-ın yeni ABŞ prezidenti olaraq seçildiyi bir vaxtda bu kitab daha da aktualdır. "Brown heç təsəvvür belə edə bilməzdi ki, 2016-cı ildə onun kitabı nə dərəcədə aktual olacaq” -  deyə Gates bildirib.

Gretchen Bakke. "The Grid: The Fraying Wires Between Americans and Our Energy Future”

"Elketroşəbəkənin dəbdən düşməyi haqqında olan bu kitab, mənim ən sevdiyim janrlardan birində yazılıb. Yəni əslində maraqlı olan gündəlik həyat məişətlərindən” – deyə Gates bildirib. Bill Gates, Sietl rayonunda böyümüşdür. Öz ilk işində o, Sakit okeanın Şimali-Qərb hissəsini elektroenerji ilə təmin edən şirkət üçün müxtəlif tətbiqlər yaradırdı. Məhz o şirkətdə Bill öyrəndi ki, elektroşəbəkələr bizim gündəlik həyatımızda necə vacib faktorlardan biridir. "Düşünürəm ki, bu kitab vasitəsilə siz, elektroşəbəkənin təkmilləşdirilməsinin nə dərəcədə çətin olduğunu anlayacaqsınız” - deyə Gates bildirib.