main-post-cover

    Bill Qeyts-dən maraqlı məlumat: Dünyanın ən təhlükəli heyvanı !

    07.05.2017
    Farid Pardashunas

    Köpəkbalıqları, nəhəng dişləri ilə olduqca qorxuducu ola bilərlər. Əgər onların bizi yemək istədiklərinə kifayət qədər inanırıqsa, suyun yanınada yaxınlaşmayacağımız dəqiqdir.


    Ancaq "Microsoft"un CO-founderi Bill Qeyts-in yaxın zamanda bir blog yazısında yazdığına görə özünü qorxudan şey köpəkbalıqları deyil, çox daha kiçik, incə və ilk baxışda daha az təhlükəli olan bir canlıdır: Ağcaqanaddır.
    Qeytsin bazar ertəsi günü "GatesNotes”da yazdığına görə köpəkbalıqları, onlardan daha kiçik olan bir çox canlı qədər qorxuducu deyillər və bu yazıya, 2015-ci ildə fərqli heyvanlar tərəfindən öldürülən insanların say qrafikini də əlavə edib. Köpəkbalıqları Dünya üzrə sadəcə 6 ölümə səbəb olsalar da, ağcaqanad dişləmələrinə görə ölən insan sayı 830.000-dən çoxdur.
    Qeyts, yazısına əlavə etdiyi videoda, ağcaqanadların birbaşa olaraq qana təmas etdiklərini və normal müdafiə mexanizmlərimizi keçdiklərini bildirir. Buna görə də insanlara hücum etmək üçün hazırlanmış viruslar çox sürətli bir şəkildə ağcaqanadlar vasitəsilə yayıla bilər.
    Qeyts, ağcaqanad tərəfindən yayılan xəstəlikləri də siyahıya alıb. Bunların arasında yer alan xəstəliklərdən bir çoxunu, keçdiyimiz illərdə "Bill and Melinda Gates Foundation”ın uzun müddətli planı ilə ortadan qaldırılmağa çalışılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər